Erik ten Haq "Mançester Yunayted"in düşərgəsini tərk edib
İdman 0

Erik ten Haq "Mançester Yunayted"in düşərgəsini tərk edib

"Mançester Yunayted" klubunun niderlandlı mütəxəssisi ikihəftəlik məzuniyyət götürüb.

Oxu.Az xəbər verir ki, 54 yaşlı məşqçi milli yığmaların oyunları üçün yaranmış fasilədən istifadə etmək qərarına gəlib.

Ten Haqın klub rəhbərliyi ilə görüşündən sonra gələcəyi ilə bağlı hər hansı təhlükə olmadığı bildirilsə də, "Mançester Yunayted" rəsmilərinin Xavi Ernandeslə danışıqlara başladığı bəlli olub.

Qeyd edək ki, mövsümə uğursuz başlayan "Mançester Yunayted" 7 turdan sonra 8 xalla 14-cü pillədə qərarlaşıb.



Oxşar xəbərlər

Son xəbərlər