Azərbaycanda boy hormonu çatışmazlığı: Uşaqlar dərman preparatları ilə təmin olunmurlar?
Cəmiyyət 0

Azərbaycanda boy hormonu çatışmazlığı: Uşaqlar dərman preparatları ilə təmin olunmurlar? - Video

15 yaşlı uşağın somatotrop hormon çatışmazlığı var. Ona hər gün axşam boy hormonu preparatı vurulmalıdır. Yeniyetmə əlillik qrupuna daxil olan bu diaqnozla bağlı bir neçə ildir ki, dövlət tərəfindən qeydiyyata alınıb. Elə preparatı da dövlət təmin edir. Lakin iyul ayından bəri həmin dərman verilmir.

Valideyn bildirib ki, Respublika Endokrinoloji Mərkəzin verdiyi həmin dərman satışda yoxdur. Preparatın analoqunun 10 milliqramı təxminən 100 manatdır. Ayda da bu preparatdan 5 dənə vurulmalıdır. 15 yaşlı uşağa həmin preparat vurulmazsa, böyüməsi dayanacaq, fiziki inkişafdan geri qalacaq.

Məsələ ilə bağlı Respublika Endokrinoloji Mərkəzindən "Xəzər Xəbər"ə bildirilib ki, tibb müəssisəsinə dərman və katriclər verilib. Ancaq lazım olan qələmlərlə tam təmin olunmayıblar. Qeydiyyatda olan 3000 xəstəyə qarşı cəmi 516 qələm gəlib. O da çox vacib, həmçinin Mərkəzə daha tez müraciət edən xəstələrə verilib.

Ətraflı süjetdə:





Son xəbərlər