Türkiyəli məşhur jurnalist vəfat edib
Dünya 1

Türkiyəli məşhur jurnalist vəfat edib

Ankarada yerləşən xəstəxanalardan birinin reanimasiya şöbəsində müalicə olunan məşhur türkiyəli jurnalist Güneri Civaoğlu 85 yaşında vəfat edib.

Oxu.Az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Jurnalistin sabah dəfn ediləcəyi bildirilir.

Məlumat üçün qeyd edək ki, Güneri Civaoğlu 1939-cu ildə Ankarada anadan olub. Ankara Universitetinin hüquq fakültəsini bitirib. Jurnalistika fəaliyyətinə 1960-cı illərdə başlayıb. Türkiyənin ən nüfuzlu televiziya kanallarında işləyib, uzun müddət "Sabah" qəzetində köşə yazıları ilə çıxış edib.



Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив