"Barselona" klubunda ən çox maaş alan futbolçu kimdir?
İdman 1

"Barselona" klubunda ən çox maaş alan futbolçu kimdir?

"Barselona" klubunun ən çox qazanan futbolçusu müəyyənləşib.

Oxu.Az xəbər verir ki, bu, komandanın hücumçusu Robert Levandovskidir.

36 yaşlı polşalı futbolçu mövsüm ərzində 32 milyon avro qazanır. Daha əvvəl isə ən çox qazanan futbolçu Frenki De Yonq idi.

Qeyd edək ki, R.Levandovski cari mövsüm bütün turnirlərdə doqquz matçda iştirak edib, yeddi qol vurub və iki məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 15 milyon avro qiymətləndirir.



Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив