Bakıda taksi dayanacaqları yaradılır
Avtomobil 1 003

Bakıda taksi dayanacaqları yaradılır

Bakıda taksi dayanacaqları yaradılır


Bakıda xüsusi taksi dayanacaqlarının yaradılmasına başlanıb.

May.Az bildirir ki, bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, agentlik əməkdaşları Bakıda taksi dayanacaqlarının fəaliyyət göstərməsi üçün yerlərin müəyyənləşdirilməsinə başlayıb: "Adətən taksi sürücüləri əhalinin gur olduğu ticarət mərkəzləri və digər obyektlərin qarşısında dayanmaq istəyirlər ki, müştəriləri rahatlıqla cəlb edə bilsinlər. Amma, bu proses şəhərdə tıxacların yaranmasına səbəb olur. Bunun üçün xüsusi taksi dayanacaqları müəyyənləşdiririk. Dayanacaqlar şəhərdən kənarda olmamalı, digər tərəfdən isə hərəkətə maneçilik yaratmamalıdır. Artıq bununla bağlı bir neçə yer müəyyən edilib. Yaxın vaxtlarda taksilər həmin dayanacaqlara cəlb ediləcək. Bu dayanacaqlardan kənarda taksilərin fəaliyyəti qanunsuz hesab ediləcək".

Oxşar xəbərlər

Son xəbərlər