Bakıda 5 marşrutun hərəkət istiqaməti dəyişdirilir
Cəmiyyət 3

Bakıda 5 marşrutun hərəkət istiqaməti dəyişdirilir

Bakıda bir neçə marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdirilir.

Bu barədə BiG.AZ-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Qurumdan verilən xəbərə görə, aparılan təmir işləri ilə əlaqədar sentyabrın 28-dən Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində (Müasir İnnovasiyalar Liseyinin qarşısından 28 May küçəsi ilə kəsişməyədək) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Məhdudiyyətlə əlaqədar 21, 30, 32, 49 və 120 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Puşkin küçəsi ilə təşkil ediləcək.



Oxşar xəbərlər

Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив