Xəyal qurmaq zərərlidir - İnsanı BƏDBƏXT EDİR
Bir çox insan xəyal qurmağın heç bir zərarı olmadığına inanır. Hətta bununla bağlı deyimlər də var.
Yuxuların "zərərsizliyi" haqqında deyilənlər doğrudurmu?
Lent.az xəbər verir ki, bəzən xəyallara dalmaq zərər verə bilər.
Söhbət insanın istəyini reallaşdırmaq üçün ümumiyyətlə heç nə etmədiyi bir vəziyyətdən gedir. Daim parlaq və maraqlı səyahətlər haqqında xəyal edirsiniz, amma bunun üçün çabalamırsınızsa, bu qurduğunuz xəyal sizə zərar verəcək.
Davamlı olaraq güclü bir ailə xəyal etməyə başlasanız, ancaq şəxsi həyatınızı yaxşılaşdırmaq üçün heç bir şey etməsəniz, eyni şey olacaq. Biz heç olmasa arzularımızı gerçəkləşdirməyə çalışmalıyıq.
Düzdü, hər şey alınmaya bilər. Ancaq özünüzə əminliklə deyə bilərsiniz: "Heç olmasa məndən asılı olan hər şeyi etdim."