27
февраля
2019
08:10
Qara qarağat yarpaqları. İnanılmaz faydalar
Qara qarağat unikal bitkidir. Alimlər bu bitkinin müalicəvi və profilaktik xüsusiyyətlərini çox yüksək qiymətləndirir.
Qara qarağatın yarpaqları da çox faydalı təbii müalicəvi məhsuldur. Qara qarağatın yarpaqları xalq təbabətində çox geniş istifadə olunur. Ənənəvi tibb də bu bitkinin faydalı xüsusiyyətlərini təsdiq edir.
Qara qarağat yarpaqları dəmləmələr şəklində istifadə olunur. Dəmləmənin hazırlanması qaydaları: termosa 2 x.q. doğranmış təzə qara qarağat yarpaqları qoyulur, üzərinə 1 stəkan qaynar su əlavə olunur, 1 saat ərzində dəmlənilir, süzülür və müalicəvi vasitə kimi istifadə olunur.
Qara qarağat yarpaqlarının faydaları:
- avitaminoz (vitaminlər çatışmamazlığı) və immun sisteminin zəifləməsi zamanı çox faydalıdır
- uzunsürən xəstəliklərdən sonra orqanizmin bərpasını sürətləndirir, gümrahlıq bəxş edir
- güclü iltihab və virus əleyhinə təsirə malikdir
- sidikqovucu təsir edir - şişkinliyi azaldır, böyrəkləri və sidik kisəsini təmizləyir
- qan damarlarını möhkəmləndirir
- podaqra və revmatizm zamanı faydalıdır
- qanda şəkərin səviyyəsini aşağı salır
- qripp, soyuqdəymə, angina zamanı kömək edir
- öskürəyi müalicə edir
- arterial təzyiqi aşağı salır
- orqanizmi cavanlaşdırır
- xərçəngin profilaktikasıdır
- dəri xəstəlikləri, iltihabları zamanı islatmalar şəklində istifadə olunur, dərinin bərpasını sürətləndirir
- körpələrin çimizdirilməsi üçün istifadə olunur. Onların dərisinə çox müsbət təsir edir - dərini sakitləşdirir, səpkiləri azaldır.
Qara qarağat yarpaqlarını adi çaya da əlavə edə bilərsiniz. Bu çox gözəl profilaktik vasitədir.