Təhlükəsiz qidalanmanın 5 ƏSAS PRİNSİPİ
Sağlam ol 974

Təhlükəsiz qidalanmanın 5 ƏSAS PRİNSİPİ

Təhlükəsiz qidalanmanın 5 ƏSAS PRİNSİPİ


Dünya Səhiyyə Təşkilatı (DST) qida mənşəli xəstəliklərin qarşısını almaqdan ötrü hamını sadə qaydalara riayət etməyə çağırır.


DST-nin müraciətində deyilir: “Ərzaq məhsulları istehsalçıları onların təhlükəsizliyi üçün əsas məsuliyyət daşıyır. Lakin siz özünüzü və ailənizi 5 əsas prinsipi tətbiq edərək qida mənşəli xəstəliklərdən qoruya bilərsiniz”.

DST patogen (xəstəlik törədən) mikroorqanizmlərdən xilas olmaq üçün bu şərtləri yerinə yetirməyə çağırır: yoluxmanın qarşısını almaq məqsədilə təmizliyə riayət etmək; çiy və hazır yeməkləri qarışdırmamaq; mikroorqanizmlərin məhv edilməsindən ötrü yeməyi mükəmməl hazırlamaq; bakteriyaların inkişafının qarşısını almaqdan ötrü ərzaqları təhlükəsiz temperaturda saxlamaq; yoluxmanın qarşısını almaq məqsədilə təmiz sudan və təmiz qida xammalından istifadə etmək.(publika)

Son xəbərlər