29
августа
2024
11:18
Türkiyəni COP29-da məşhur aktyor təmsil edəcək
Məşhur türkiyəli aktyor Engin Altan Düzyatan Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəfləri Konfransının 29-cu sessiyasında ölkəsini İqlim Dəyişikliyi Məşvərət Komitəsində təmsil edəcək.
Oxu.Az-ın Türkiyə KİV-inə istinadən verdiyi xəbərinə görə, "Diriliş Ertuğrul" serialı ilə populyarlıq qazanan Engin Altan Düzyatan dünya ictimaiyyətinin 21 nüfuzlu nümayəndəsi arasında yer alacaq və onlarla birlikdə iqlim dəyişikliyi ilə mübarizədə atılan addımları təbliğ edəcək.
Qeyd edək ki, aktyor Dubayda keçirilən COP28-də də iştirak edib və burada plastik tullantıların və mikroplastiklərin ətraf mühitdə toplanmasının mənfi nəticələri ilə bağlı Türkiyə adından məruzə edib.