Dünyanın ən uzunömürlü adamı 112 yaşını qeyd edir
Dünya 4

Dünyanın ən uzunömürlü adamı 112 yaşını qeyd edir

Bu gün dünyanın ən yaşlı adamı Con Tinnisvud 112 yaşını qeyd edir.

BAKU.WS BBC-yə istinadən xəbər verir ki, Con Tinnisvud 1912-ci ildə Liverpul şəhərində doğulub.

O ad günündə "Ginnesin Rekordlar Kitabı" üçün də şəkil çəkdirib.

"Ginnesin Rekordlar Kitabı"nın əməkdaşlarına danışan Tinnisvud uzunömürlü olmağın xüsusi bir qaydası və ya fromulu olmadığını açıqlayıb.

O həyatı boyunca "Liverpul" futbol klubuna azarkeşlik edib.

Tinnisvud hazırda "Southport"da qocalar evində yaşayır.

Apreldə 114 yaşlı Juan Vicente Perez Moranın vəfatı ilə "Dünyanın ən yaşlı adamı" ünvanına sahib olub. Tinnisvud gəncliyində çoxlu yürüş etdiyini vurğulayıb. "Bu qədər yaşamağımın səbəbini bilmirəm.

Xüsusi bir sirr bilmirəm. Mən fərqli biri deyiləm"-deyə 112 yaşlı adam bildirib. O İkinci Dünya Müharibəsi əsgərləri arasında ən yaşlısı kimi tanınır.

Tinnisvud və onun həyat yoldaşı Blodven 1942-ci ildə evləndilər və 1943-cü ildə qızları Suzan dünyaya gəldi. Həyat yoldaşı 1986-cı ildə ölənə qədər 44 il evli qaldılar. İkinci Dünya müharibəsindən sonra Con Tinnisvud Shell və BP şirkətlərində mühasib işləyib, 1972-ci ildə təqaüdə çıxıb.

O hər cümə günü balıq və kartof qızarması yeyir. Qalan günlərdə isə hər kəs kimi adi yeməklər yeyir.

2012-ci ildə 100 yaşından bəri kraldan xüsusi doğum günü kartı alan Con, Kraliça II Elizabethin 2022-ci ildə vəfat etməsi ilə əlaqədar bu kartı indi Kral III Çarlzdan alır.



Son xəbərlər