Rusiya Ukraynaya raket "yağdırır": Bütün ölkə üzrə hava hücumu xəbərdarlığı elan edildi

Rusiya Ukraynaya raket "yağdırır": Bütün ölkə üzrə hava hücumu xəbərdarlığı elan edildi
Dünya 2

Rusiya Ukraynanın müxtəlif bölgələrinə raket zərbələri endirir.

Bu barədə Oxu.Az Ukrayna KİV-ə istinadən xəbər verir.

Məlumata görə, zərbələr nəticəsində Lutsk şəhərində çoxmərtəbəli yaşayış binasına ziyan dəyib. Yerli hakimiyyət orqanlarından artıq bir nəfərin öldüyü bildirilib.

Hazırda Ukraynanın bütün ərazisində hava hücumu xəbərdarlığı elan edilib. Rusiyanın bombardmançı təyyarələrdən atılan qanadlı raketləri qərb rayonları, dənizdən buraxılan raketlər şimal rayonları, eləcə də mərkəzi və şimal rayonlarına doğru uçur.

Hazırda Vinnitsa vilayətində, Kropivnitski və Krivoy Roqda partlayışların baş verdiyi məlumdur. Bundan əlavə, Dnepr, Zaporojye, Odessa və Xmelnitskidə partlayışlar barədə xəbərlər verilir.


Oxşar xəbərlər

Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив