Telefonların sağlamlığa təsiri - Gözlənilməz kəşf
Smartfonlar adətən insanların şəxsən ünsiyyət qurmasına, vərdişlərini dəyişməsi ilə yanaşı, insan sağlamlığına mənfi təsir göstərməkdə ittiham olunur. Ünsiyyət problemlərini çıxsaq, sağlamlıq baxımdan rəqəmsal cihazlara böhtan atmağın mənası yoxdur.
Lent.az xəbər verir ki, mütəxəssislər smartfonların insan sağlamlığına müsbət təsir göstərdiyinə dair sübutlar toplayıblar.
Söhbət depressiya və müxtəlif fobiyalarla mübarizə üçün yaradılmış mobil proqramlardan gedir.
Onlar çətinliklərin öhdəsindən gəlməyə kömək edir, əhval-ruhiyyəni yaxşılaşdırır və özünə kömək prinsiplərinə əsaslanır. Hətta oyunlar dərman terapiyasına alternativ olaraq istifadə edilə bilər.
İkincisi, tibbi xidmətlərə çıxış tətbiqləridir. Bir çox proqramlar, yalnız təcili yardım çağırmaqla deyil, həm də video zəng vasitəsilə mütəxəssislə əlaqə saxlamağa və məsləhət almağa imkan verir. Yenə də bu, psixi sağlamlığı yaxşılaşdırır və görüş təyin etmədən və ya növbə gözləmədən həkimlə əlaqə yaradır.
Telefonların üçüncü yaxşı tərəfi isə rahatlıq hissidir. Hər halda, elektron cihazdan düzgün istifadə həyatı daha rahat və çox vaxta qənaət edə bilər. Bu da maraqlı bir fəaliyyətə sərf oluna və həyatınızı asanlaşdıra bilər.