Bakı metrosu köhnə qatarlardan nə vaxt azad olacaq?
Cəmiyyət 4

Bakı metrosu köhnə qatarlardan nə vaxt azad olacaq?

İctimai nəqliyyatda gediş haqlarının artırılması ilə vətəndaşlar keyfiyyətin də artacağına ümid edirdilər. Lakin hələ də Bakı Metropolitenində köhnə vaqonlardan istifadə olunur.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hazırda hər üç xəttə xidmət göstərən 61 qatar mövcuddur. Yaxın vaxtlarda vaqon parkının genişləndirilməsi üçün yeni qatarların gətirilməsi nəzərdə tutulub.

Onun sözlərinə görə, artıq bu qatarlardan ikisi Bakıya çatdırılıb. B.Məmmədov həmçinin qeyd edib ki, qatarlar arasında intervalın çox olması texniki tələblərə uyğunlaşdırılır. Yəni, qış rejimində sıx intervallar tətbiq edildiyi halda yay rejimində sərnişinlərin hərəkət qrafiki ilə tənzimlənir. Tədris ili başladığı zaman isə qatarlar arasında minimum interval tətbiq edilir.

Qurum rəsmisi əlavə edib ki, köhnə qatarlara kondisionerlərin quraşdırılması texniki baxımdan mümkün deyil. Bunun səbəbi, vaqonun hər iki istiqamətində soyuducu çənlərin və elektrik xətlərinin quraşdırılması üçün uyğun təchizat qurğularının olmamasıdır.

Ətraflı "Xəzər Xəbər"in süjetində:



Oxşar xəbərlər

Son xəbərlər