08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Belarusun Ermənistandakı səfirliyi yumurta və pomidor atəşinə tutulub

Belarusun Ermənistandakı səfirliyi yumurta və pomidor atəşinə tutulub

Belarusun Ermənistandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib, iştirakçılar diplomatik korpusun yerləşdiyi binanı yumurta və pomidor atəşinə tutublar.

Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, aksiyaya səbəb Belarus Prezidenti Aleksandr Lukaşenkonun ötən gün ermənilərlə bağlı səsləndirdiyi fikirlər olub.

"Ermənistan Xarici İşlər Nazirliyi Belarusun Ermənistandakı səfirini dərhal çağırmalı, əsassız bəyanatlara etiraz etməli və onu Minskə qaytarmalıdır", - deyə aksiyada iştirak edən siyasi fəal, Respublika Naminə Partiyasının sədri Armen Babacanyan vurğulayıb.

Sonda aksiyada iştirak edən bir neçə partiya fəalı birgə bəyanatla çıxış edib. Bəyanatda Belarusla diplomatik münasibətlərin kəsilməsi və Belarus səfirinin Ermənistanda arzuolunmaz şəxs elan edilməsi tələb olunub.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница