COP29-a qədər quru sərhədlər açıla bilər?
"Düşünürəm ki, COP29-dan əvvəl - oktyabr ayında quru sərhədlərin açılması doğru bir qərar olar".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O, bunun səbəblərini belə izah edib:
"Azərbaycana çox sayda qonaq gələcək. Onların hamısının təyyarə ilə gəlməsi də mümkün deyil. Həmin şəxslər Azərbaycana quru sərhədlər vasitəsi ilə gələ bilərlər. Bunun üçün də onlara şərait yaradılmalıdır. Hətta bildiyimə görə, dünyanın müxtəlif ölkələrindən yüzlərlə insan COP29-la bağlı veloyürüş də təşkil etmək istəyir. Belə bir ənənə də var. Quru sərhədlərin açıq olması həmin yürüşün də Gürcüstan üzərindən Azərbaycana daxil olmasına şərait yarada bilər. Bu ölkənin iqtisadiyyatına və imicinə də müsbət təsir göstərəcək. Ölkə daxilində insanların psixoloji rahatlığına da səbəb olacaq. Ona görə də ümid etmək istəyərdim ki, oktyabrın 1-də quru sərhədlərin açılması ilə bağlı qərar veriləcək".