Maduro: Sülh naminə yürüş və nümayişlər Venesuelanın qələbəsidir
Ölkə daxilində minlərlə insanın yürüşü və nümayişlər Venesuelanın növbəti qələbəsi oldu.
"Report" "Venezolana de Television" telekanalına istinadən xəbər verir ki, bunu Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Karakasın mərkəzində keçirilən mitinqdə bildirib.
"Bu gün əminliklə deyə bilərəm ki, biz yenidən qələbə qazandıq", - Maduro dövlət başçısının iyulun 28-də keçirilən prezident seçkilərindəki qələbəsini dəstəkləmək üçün Miraflores Prezident Sarayının qarşısında sülh üçün yürüş edən minlərlə insana deyib. "Venesuela dünyada işləyir və irəliləməyə davam edir", - ölkə lideri vurğulayıb. O, Venesuelada sülhü dəstəkləyən nümayişlərin respublikanın 100-dən çox şəhərində və bir çox xarici ölkələrdə keçirildiyini diqqətə çatdırıb.
Maduro ifrat sağçı müxalifətin seçkiləri ləkələməyə, zorakılıq törətməyə hazırlaşdığını, lakin təcavüzkarları və terrorçuları 48 saat ərzində məğlub etdiklərini deyib. O, keçmiş prezidentliyə namizəd Edmundo Qonzales Urrutianın gizləndiyini və Mayamiyə getmək üçün pul topladığını iddia edib. Maduro həmçinin qeyd edib ki, müxalifət liderlərindən biri Mariya Korina Maçadon hətta tərəfdarları arasında dəstəyini itirir.
Maduro bəyan edib ki, Venesuelanın 4,5 mindən çox kommunasında əhali üçün ən vacib layihələrin seçilməsi üçün səsvermə keçiriləcək. "Avqustun 25-də Venesuelada yeni seçkilər keçiriləcək", - Prezident bildirib.