19
августа
2024
08:10
ABŞ-nin büdcə kəsiri rekord həddə çatıb
Bayden administrasiyası dövründə ABŞ-nin büdcə kəsiri rekord həddə - 6,6 trilyon dollara çatıb.
Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, əvvəlki prezident Donald Trampın dövründə ümumi kəsir 5,6 trilyon dollar təşkil edib.
Barak Obama 21-ci əsrdə ABŞ-nin büdcə kəsirini azaltmağa nail olan yeganə ABŞ lideri olub 5,1 trilyon dollardan 2,2 trilyon dollara qədər.
Kiçik Buş dövründə - 2001-ci ildə isə ABŞ büdcəsi sonuncu dəfə illik profisit əldə edib - 130 milyard dollar.