"Microsoft" "Paint 3D"ni tarixə göndərir
"Microsoft" "Paint 3D" proqramını cari "Windows" əməliyyat sistemlərindən (ƏS) siləcək.
Oxu.Az xəbər verir ki, bu barədə "TechSpot" məlumat yayıb.
Media jurnalistlərinin sözlərinə görə, ƏS istifadəçiləri qrafik redaktoru işə salarkən görünməyə başlayan bannerə diqqət yetiriblər. Onun köməyi ilə "Microsoft" 2024-cü il noyabrın 4-də "Paint 3D"yə dəstəyi dayandıracağını və proqramı "Microsoft Store"dan siləcəyini bildirib.
Qeyd olunur ki, "Paint 3D" "Windows 10"un vaxtında ortaya çıxan proqramlardan biri olub. "TechSpot"un müəllifləri qeyd ediblər ki, "Windows 11"in yayılması ilə "Microsoft" tədricən köhnəlmiş proqramları istismardan çıxarır. Bunlara həmçinin "Cortana" səsli köməkçi proqramı və daxili poçt müştəri daxildir.
Xatırladaq ki, "Paint 3D" 2017-ci ildə "Paint" qrafik redaktorunun təkmilləşdirilmiş versiyası olaraq ortaya çıxıb. Utilita üçölçülü şəkilləri redaktə etməyə, 2D sənədləri 3D-yə çevirməyə imkan verirdi və təbəqələrlə işi dəstəkləyirdi. Tətbiq həmçinin "HoloLens" əlavə reallıq qulaqlığı ilə işləməli idi.
"Bütün bu möhtəşəm görüntülər heç vaxt tam həyata keçirilməyib", - deyə media jurnalistləri yekunlaşdıraraq qeyd ediblər ki, "Microsoft" "Paint"in adi versiyasını dəstəkləməyə davam edir.