Alzheimer xəstəliyi üçün yeni risk faktoru tapıldı
Qlikasiya olunmuş hemoglobin HbA1c-nin qeyri-sabit səviyyələri Alzheimer xəstəliyi riskinin artması ilə əlaqələndirilir.
BiG.AZ publika.az-a istinadən xəbər verir ki, bu barədə "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada deyilir.
Alimlər 374 min şəkərli diabet xəstəsinin məlumatlarını təhlil ediblər. On il ərzində onlar nəzarətdə saxlanılıb. Qlikasiya olunmuş hemoglobin səviyyələrində uzunmüddətli qeyri-sabitlik Alzheimer xəstəliyi və əlaqəli demans növləri riskinin artması ilə əlaqələndirilib.
Qlikasiya hemoglobin HbA1c, oksigen nəqlindən məsul olan qlükoza və hemoglobinin birləşməsindən əmələ gəlir. Bu göstərici bir neçə ay ərzində orta qan qlükoza səviyyəsini qiymətləndirməyə imkan verir.
Şəkərli diabetli insanlar üçün hədəf HbA1c diapazonu yaşa, gözlənilən ömür uzunluğuna və əlavə xəstəliklərə əsasən fərdi olaraq müəyyən edilir. Alimlər, xəstənin bu diapazonda nə qədər uzun müddət qaldığını, onun Alzheimer xəstəliyinə tutulma riskinin bir o qədər aşağı olduğunu izah ediblər. Eyni zamanda, uzunmüddətli aşağı qlükoza səviyyələri yüksək səviyyələrdən daha az təhlükəli deyil.