Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı yeni xəbər
14-03-2017, 16:24
Materialları qiymətləndirmək, yazılar yaratmaq və şərhlər yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin.
Daxil ol
Vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi sahəsində operativliyin və vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində ərazi polis orqanlarının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətləri tərəfindən tədbirlər görülür.
Oxu.Az xəbər verir ki,bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, rayon mərkəzlərindən uzaq olan ərazilərdə yaşayan, həmçinin sağlamlıq imkanı məhdud olan vətəndaşlara şəxsiyyət vəsiqələrinin yaşadıqları ünvanda verilməsi təmin edilir.
Bu məqsədlə Qazax, Goranboy, Şabran, Beyləqan, Gədəbəy rayonlarında ərazi polis orqanlarının əməkdaşları tərəfindən səyyar xidmətlər təşkil edilib.
Bu sahədə işlər davam etdirilir.
14-03-2017, 16:24
29-09-2022, 00:20
10-02-2017, 13:35
20-11-2017, 19:09
2-11-2019, 13:19