İzmirdə Tarkanın konserti ilə bağlı araşdırma aparılır
İzmirin düşmən işğalından azad edilməsinin 100-cü ildönümündə İzmir Böyükşəhər Bələdiyyəsinin Gündoğdu meydanında təşkil etdiyi Tarkan konsertinin 24 milyona başa gəldiyi açıqlanıb.
Axşam.az xəbər verir ki, Bələdiyyə başçısı Tunç Soyer Tarkana bunun üçün heç bir ödəniş etmədiyini deyib. Lakin Tunç Soyerin yalanı tezliklə üzə çıxıb. İzmir Böyükşəhər Bələdiyyəsinin kassasından çıxan 24 milyona yaxın lirə ilə bağlı istintaq başladılıb.
Bələdiyyənin xəzinəsindən cəmi 23 milyon 540 min lirə çıxdığı sübuta yetirilib. Hesablama Məhkəməsi müfəttişləri səhnə qurulması üçün podratçı şirkətlə 8,5 milyon lirə dəyərində əlavə müqavilə imzaladığını ortaya qoyub.
Daxili İşlər Nazirliyinin başlatdığı araşdırma çərçivəsində İzmirə gedən mülki müfəttişlərin konsertlə bağlı bütün məlumat və sənədləri müvafiq şöbədən tələb etdiyi öyrənilib.