04:45 “Saçları yumşaltmağın 5 təbii üsulu — Zərərsiz və təsirli!” 07:11 ChatGPT müəllimlər üçün pulsuz oldu - Yenilik 19:30 Müəllimlərlə bağlı təklif olunan modelin həm üstünlükləri, həm də çətinlikləri var 19:29 Rusiyada mobil internetdə müvəqqəti məhdudiyyət ola bilər - XƏBƏRDARLIQ 19:21 Bu əsər 236 milyon 400 min dollara satıldı 19:19 Türkiyəli təmsilçidən Fatimə Boşun gözəl seçilməsinə ETİRAZ 19:17 Əməkdar artist: "Bu, barda oxunacaq mahnı deyil" 19:16 Tanınmış türk aktrisa haqda ŞOK İDDİALAR! 19:15 Estetik əməliyyat olunan kişi MƏŞHURLAR 19:14 Erməniyə 12 xal verən Samirənin müdafiəsinə qalxdı

"WhatsApp"da internet olmadan işləyən yeni funksiya var

"WhatsApp"da internet olmadan işləyən yeni funksiya var

"iPhone" üçün "WhatsApp"ın beta versiyasında internetdən istifadə etmədən yaxınlıqdakı insanlarla fayl paylaşmağa imkan verən funksiya təqdim edilib.

Oxu.Az "WABetaInfo"ya istinadən xəbər verir ki, yenilik "WhatsApp"ın "iOS" üçün "24.15.10.70" nömrəli beta versiyasında müşahidə edilib və onu "TestFlight"da yükləmək olar. Yaxınlıqda yerləşən qurğular arasında sənədləri, fotoları, videoları və digər faylları ötürməyə imkan verən oxşar funksiya əvvəllər mesencerin "Android" sınaq versiyasında müşahidə edilib. Bununla belə, yaxınlıqdakı cihazları aşkar etmək üçün avtomatik aşkarlama metodundan istifadə edən "Android" versiyasından fərqli olaraq, "iOS" versiyası faylları paylaşmaq üçün QR-kodu skanerdən keçirmək tələb olunur.

Yeniliyin internet bağlantısı qeyri-sabit və ya bahalı olan istifadəçilər tərəfindən yüksək qiymətləndiriləcək foto və videolar kimi böyük faylların yüksək təsvir ölçüsündə ötürülməsi prosesini xeyli sadələşdirəcəyi ehtimal olunur.

Bu funksiya "Android" və "iOS"da mövcud olacaq və ötürülən məlumatları qorumaq üçün başdan-başa şifrələnəcək. Yenilik hələ ilkin mərhələdədir, ona görə də onun mesencerdə istifadəyə verilmə tarixi açıqlanmayıb.

"WhatsApp"da internet olmadan işləyən yeni funksiya var



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница