Tramp Maskı görkəmli insan adlandırıb

Tramp Maskı görkəmli insan adlandırıb
Dünya 6

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ona qarşı sui-qəsd cəhdindən sonra tərəfdarları ilə ilk görüşündə "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Maskı görkəmli insan kimi xarakterizə edib.

"Report" xəbər verir ki, bu barədə mühafizəkar media şirkəti RSBN məlumat yayıb.

"O, görkəmli insandır. Mən ona hər dəfə zəng vuranda deyir ki, "mənim raketlə bağlı yeni ideyam var, bunu eşitməlisən", - deyən Tramp əlavə edib ki, o, Mask ilə həmişə yaxşı münasibətdə olub.

Keçmiş Amerika prezidenti onu da qeyd edib ki, bir neçə il əvvəl "SpaceX" raketlərinin avtomatik olaraq üzən platformaya endirilməsini görəndə çox təsirlənib


Oxşar xəbərlər

Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив