Baydenə zərbə: Əsas sponsorlarından biri seçki kampaniyasını dəstəkləməkdən imtina etdi
Dünya 5

Baydenə zərbə: Əsas sponsorlarından biri seçki kampaniyasını dəstəkləməkdən imtina etdi

Demokratlar Partiyasının ən böyük sponsorlarından biri, milyarder Maykl Morits hazırkı dövlət başçısı Co Baydenin seçki kampaniyasına sponsorluq etməkdən imtina edib və onu yarışdan çəkilməyə çağırıb.

Bu barədə Oxu.Az "The New York Times" nəşrinə istinadən bildirir.

Milyarder redaksiyaya göndərdiyi birinci elektron məktubunda qeyd edib ki, Baydenin seçimi var - ya boşboğazlıq, ya da fəzilət:

"O ya ölkəni qaranlığa qərq edə, ya da zamanın səsinə qulaq asa bilər. Vaxt sona çatdı".

Növbəti məktubda iş adamı qeyd edib ki, təkcə Baydenə deyil, bütün Demokratlar Partiyasına vəsaitin ayrılmasını dayandırıb.

"Mən Baydenə səs verərdim, amma demokratların vəsait yığılması ilə bağlı çağırışlarına bir qəpik də verməzdim", - deyə o bildirib.

"The New York Times" federal hakimiyyət orqanlarının məlumatlarına istinadən qeyd edir ki, Morits 2024-cü il seçki dövründə Baydenin seçki kampaniyasına 7,8 milyon dollar ayırıb.



Oxşar xəbərlər

Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив