19
июля
2024
07:46
İran dronlarında Polşa detalları tapıldı
Poznandan olan Polşa dövlət şirkəti İrana "Şahed 136" döyüş dronları üçün detallar satıb.
Oxu.Az "Radio ZET Wiadomosci"yə istinadən məlumat verir ki, faktı Polşa daxili təhlükəsizlik agentliyi aşkarlayıb.
Məlumata görə, İranın pilotsuz uçuş aparatları Polşanın Sənaye İnkişafı Agentliyinə məxsus şirkət tərəfindən istehsal olunan nasoslarla təchiz edilib.
Mətbuat konfransında məsələ ilə bağlı sualı cavablandıran Polşanın daxili işlər və administrasiya naziri Tomaş Simonyak deyib ki, Poznan Milli Prokurorluğunun yerli idarəsi tərəfindən silah və texnologiyanın ixracı ilə bağlı qanun pozuntuları araşdırılır.
O əlavə edib ki, hökumət "sanksiyalarla bağlı bütün məsələləri gücləndirməyə" çalışır.