"Uşağınızı zorla müğənni etməyin"

"Uşağınızı zorla müğənni etməyin"
Şou-biznes 4

Aparıcı Lamiyə Ələkbərova valideynlərə səslənib.

Axşam.az xəbər verir ki, aparıcı "Səhər görüşləri" verilişində valideynlərin övladlarını müğənni etmək istəyini tənqid edib:

"O vaxtlar oxuyana qız vermirdilər. Valideyn övladını oxumağa qoymurdu. Amma indi istedadı yoxdur, zorla deyirlər ki, istedadı var, yaxşı yoxlamadın. Zorla istəyirlə övladı aktyor, müğənni etsinlər. Təki televiziyada olsunlar.

Uşaq istədi, istəmədi "oxumalısan" deyirlər. O vaxt gedib uşaqları incəsənət universitetində seçib, zorla gətirirdilər. Əgər uşağın istedadı yoxdursa, dəyməyin ona. Hamı uşağını məşhur etmək istəyir, amma nahaq".


Oxşar xəbərlər

Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив