Dənizdə nə qədər qalmaq olar?
Maraqlı ve Meslehetli 9

Dənizdə nə qədər qalmaq olar?

Kimyəvi tərkibli heç bir dəriyə qulluq vasitəsi hamıya eyni təsir göstərmir. Təbii üsullarla dəriyə qulluq hər gün daha çox populyarlaşır. Yayda ən çox təsirləndiyimiz təbii elementlər dəniz suyu və günəşdir.

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, tətil mövsümündə dənizə üz tutan bir çox insanın ağlına eyni sual gəlir. Dəri duzlu suya məruz qalanda nə olur? Duzlu su faydalıdır, yoxsa zərərli?

Dəriyə qulluq vasitələrində "dəniz suyu" ifadəsinə tez-tez rast gəlinir. Dəriniz qurudursa, dəniz suyu dərini nəmliyini bərpa etməyə təşviq edir. O, həmçinin ölü hüceyrələrdən xilas olmağa kömək edir.

Dərinin duzla həddindən artıq təması dəridə quruluq və ekzemaya səbəb olduğundan, mütəxəssislər duzlu suya 1 saatdan çox məruz qalmamağı tövsiyə edir.

Lakin hamar bir dəriyə sahib olmaq xəyalınızdırsa, dəniz suyu sizin üçündür. Dəniz duzunda olan maqnezium hidrat daha hamar və parlaq dərinin açarıdır. Həssas və sızanaqlara meylli dəriniz varsa, dəniz suyu yenidən köməyinizə gəlir. İltihablı bölgələri sağaltmaqda və sızanaqları qurutmaqda çox təsirlidir.

Həmçinin, duzlu su soyuqdəymə və qrip zamanı ağciyərlərdə və sinuslarda selik əmələ gətirir. Duzlu suyun yuxusuzluğa da yaxşı təsir etdiyi məlumdur. Bir çox faydası olduğu kimi, hər şeyin çoxu kimi o da zərərlidir. Duzlu suya həddindən artıq məruz qalma suda həll olunan duzun bədəninizə keçməsinə səbəb ola bilər. Bədəndə duz nisbətini artıraraq təzyiqə təsir etdiyini və yüksək təzyiqin infarkta səbəb ola biləcəyini bildirən mütəxəssislər dənizdə uzun müddət qalmamağı tövsiyə edir.




Son xəbərlər