Baydendən kobud səhv: Zelenskini Putinlə qarışdırdı

Baydendən kobud səhv: Zelenskini Putinlə qarışdırdı
Dünya 4

ABŞ Prezidenti Co Bayden NATO-nun sammitində ukraynalı həmkarı Volodimir Zelenski ilə bağlı kobud səhvə yol verib.

Belə ki, o, sözü Zelenskiyə verərkən onu "Ukrayna Prezidenti Putin" kimi təqdim edib.

Tədbir iştirakçılarının müdaxiləsindən sonra Bayden səhvini düzəldib.

Səhnəyə çıxan Zelenski isə amerikalı həmkarının əlini sıxıb.

Bundan əlavə, C.Bayden ABŞ-nin vitse-prezidenti Kamala Harrisi siyasi rəqibi Donald Trampla səhv salıb.

"Bilirsiniz, əgər onun bu vəzifəyə layiq olmadığını düşünsəyidim, Trampı vitse-prezident vəzifəsinə təyin etməzdim", - deyə C.Bayden Vaşinqtonda keçirilən NATO sammitinin yekun mətbuat konfransında deyib.


Oxşar xəbərlər

Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив