Anxel Di Maria Argentina klubuna keçib
İdman 8

Anxel Di Maria Argentina klubuna keçib

"Benfika" klubunun sabiq hücumçusu Anxel Di Maria keçmiş klubu ilə müqavilə imzalayıb.

Məlumata görə, argentinalı sağ cinah hücumçusu Anxel Di Maria ölkəsinin "Rosario Sentral" klubuna qayıtmaq qərarına gəlib və tərəflər arasında razılıq əldə olunub.

Anxel Di Maria futbolçu karyerasına məhz bu klubda başlayıb və daha sonra 2007-ci ildə səkkiz milyon avro qarşılığında "Benfika"ya transfer olunub.

Qeyd edək ki, Di Maria 2023/24 mövsümündə "Benfika" forması ilə 49 oyunda meydana çıxıb və 17 qol, 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: Sporx.com



Oxşar xəbərlər

Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив