Gündəlik kofein dozamızı düzgün təyin edək
Dünya 7

Gündəlik kofein dozamızı düzgün təyin edək

Sağlam insan üçün tövsiyə olunan gündəlik kofeinin dozası 250-300 mq təşkil edir ki, bu da üç fincan qəhvəyə bərabərdir.

Bu barədə rusiyalı qastroenteroloq Darya Utyumova bildirib.

"Həddindən artıq kofein istehlakı ətrafların titrəməsinə, artan narahatlığa və hətta panik ataklara səbəb ola bilər. Bundan əlavə, kofeinin sidikqovucu təsiri bədənin susuzlaşmasına və tükənməsinə, həmçinin ishalın yaranmasına gətib çıxarır", - həkim Utyumova qeyd edib.

Onun sözlərinə görə, ürək-damar xəstəlikləri olan insanlarda çoxlu miqdarda kofein taxikardiya, qan təzyiqinin artması və aritmiya yarada bilər. Buna görə də gecə içki içməmək daha yaxşıdır. Qəhvə, həmçinin həzm sistemində hərəkətliliyin artmasına səbəb ola bilər.

"Qeyd etmək vacibdir ki, kofein yorğunluqla mübarizə aparmır və ya insanın enerji ehtiyatlarını doldurmur. Bu maddə yalnız müvəqqəti olaraq orqanizmin ehtiyatlarını səfərbər edir, bundan sonra yorğunluq və tükənmə güclənir", - deyə həkim yekunlaşdırıb.

Mənbə: Gazeta.ru




Son xəbərlər