06
июля
2024
10:18
Polis özünü dənizə atan şəxsi xilas etdi
Bakıda 31 yaşlı kişi özünü dənizə ataraq intihara cəhd edib.
"Qafqazinfo" xəbər verir ki, hadisə Dənizkənarı Milli Parkda qeydə alınıb.
Belə ki, Ağdam rayon sakini C.Uğurlu hələ ki bilinməyən səbəbdən intihar etmək istəyib.
Ərazidə xidmət aparan polis əməkdaşlarının vaxtında müdaxiləsi vətəndaşın həyatını xilas edib. Polislər C.Uğurlunun ardınca suya atılıb, onu çıxarıblar.
Vətəndaş xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.