Dilan Polatın 27 il həbsi istənilir
Şou-biznes 3

Dilan Polatın 27 il həbsi istənilir

Çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla həbs olunan türkiyəli sosial media fenomeni Dilan Polatın cinayət işi ilə bağlı araşdırma davam edir.

Axşam.az xəbər verir ki, prokurorluq müxtəlif cinayət işlərinə görə fenomenin 27 il müddətinə həbsini tələb edir.

Qeyd edək ki, Dilanla həyat yoldaşı Engin Polatın əmlakları müsadirə olunaraq ölkədən çıxışına qadağa qoyulmuşdu. Bundan əlavə, onların birinci və ikincidərəcəli qohumlarının da əmlakı müsadirə edilmişdi. Eyni zamanda, bir çox gözəllik mərkəzi olan Dilan və Enginin vergi borcları olduğu bildirilir. Cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq, çirkli pulların yuyulması və vergi qanunlarını pozmaq cinayətləri ilə barələrində həbs qərarı çıxarılan Dilan və Engin Polat cütlüyünə qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb.




Son xəbərlər