BTS ulduzu Paris-2024-ün məşəldarı olacaq

BTS ulduzu Paris-2024-ün məşəldarı olacaq
Dünya 3

K-pop qrupu olan BTS-in ulduzu Çin (əsl adı Kim Sokçin) 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadada məşəldar olacaq.

Bu barədə musiqi sənayesindəki mənbələrə istinadən məlumat verilib.

İfaçı tezliklə Fransaya səfər edəcək. Onun iştirakının dəqiq yeri və qrafiki açıqlanmayıb.

Xatırladaq ki, 31 yaşlı Çin keçən ay Cənubi Koreyada məcburi hərbi xidmətini başa vuraraq vətəninə geri dönən ilk BTS üzvü oldu. 2022-ci ilin dekabrında hərbi xidmətə gedəndən bəri o, şou-bizneslə məşğul olmayıb.

Mənbə: Yonhap


Oxşar xəbərlər

Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив