Afra Saraçoğlu illər sonra atasını bağışladı
Şou-biznes 7

Afra Saraçoğlu illər sonra atasını bağışladı

Türkiyəli aktrisa Afra Saraçoğlu illər sonra atası ilə görüşüb.

Axşam.az xəbər verir ki, aktrisa onu və anasını gənc yaşlarında tərk edən atası Uğur Saraçoğlunu bağışlayıb.

O, valideynini görmək üçün ABŞ-yə gedib.

Qeyd edək ki, Afra Saraçoğlu 6 il əvvəl verdiyi müsahibəsində atası ilə bağlı "Anamla atam mən çox gənc olanda ayrıldılar. Atamla iki dəfə, 9 və 13 yaşlarımda görüşmüşəm. Mən heç vaxt atam yoxdur deyib ağlamadım, amma bu, içimdə bir yara idi, mənə aqressiya verdi. Artıq onunla görüşmərəm, çünki onun üzərimdə heç bir əməyi yoxdur" sözlərini demişdi.



Son xəbərlər