Dünyada çox güclü maqnit qasırğası başladı
Dünya 5

Dünyada çox güclü maqnit qasırğası başladı

Alimlər cümə günü Yerin maqnit sahəsində pozulma qeydə alıblar və o artıq çox güclü həddə çatıb.

Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun kosmik havanın monitorinqi mərkəzindən məlumat verilib.

Məlumata görə, Yerin maqnit sahəsində pozulma dərəcəsi indi G4 səviyyəsindədir. Maksimal dərəcə isə G5-dir./Oxu.az

17:24

Hazırda Günəş aktivliyi aşağı səviyyədədir, bir neçə oblastda Yerə, demək olar ki, təsiri olmayan C sinif alışmalar olub. Günəşin diskinin cənub-qərb kənarında iyunun 27-də tac kütlə atılması müşahidə olunub. İyulun 1-də gecə saatlarında bunun Yerə zəif təsiri proqnozlaşdırılır.

Oxu.Az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

Bildirilib ki, geomaqnit sahə ümumiyyətlə sakit səviyyədə olacaq, iyunun 28-29-da qeyri-stabil hala keçəcək, iyunun 30-dan sakit səviyyəyə qayıdacaq. Geomaqnit aktivliyi göstərən Kp əmsalı iyunun 29-da sübh saatlarında 3-4,8 intervalında dəyişəcək, saat 10:00-dan sonra isə 1,5-2,5 intervalında stabilləşəcək.



Son xəbərlər