"Televiziyanın son 30 ildə pozduğu əxlaqı..." - Rasim Balayevdən sərt sözlər
Şou-biznes 6

"Televiziyanın son 30 ildə pozduğu əxlaqı..." - Rasim Balayevdən sərt sözlər

"Ucuz şeylərlə reytinq tutmaq lazım deyil. Deyəndə ki, bu belədir, cavab verir ki, reytinq budur. Reytinq nədir? Tamaşaçıların zövqünü tamam korlayıblar. Ciddi şeyə baxa bilmirlər. Əxlaq olmayan yerdə özbaşınalıq olur. Cəmiyyətdə hərə öz yerini bilməlidir. Mən daxilimdə azərbaycanlıyam, fransız ola bilmirəm, heç istəmirəm də. Allah məsləhət bilsəydi, elə fransız yaradardı. Mən niyə ondan pis şeyləri oğurlamalıyam. Kişi kişi ilə, qız qızla evlənir. Bu, dünyanın sonuna işarələrdir. O verilişi hazırlayan, filmi çəkən bununla nə demək istəyir?".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Rasim Balayev "Otaq 9" layihəsində səsləndirib. O, verilişləri sərt tənqid edib:

"Axı bizim özümüzə məxsusluğumuz, dinimiz, ədəb-ərkanımız var. Xaricdə gedirsən, yaşlı bir qadındır, durub yer verirsən, sənə çox pis baxır ki, məni nə hesab edirsən, şikəstəm? Amma bu, bizdə tərbiyə hesab olunur. Biz belə böyümüşük. İndi gənclər telefonu alıb əlinə guya heç nə görmür. Amma bilir ki, yanında qoca kişi əsə-əsə dayanıb. Amma biz həmişə ayağa durmuşuq. Bunun harası pisdir? Əgər sən bunlara riayət etmirsənsə, olursan meşə adamı. Yoxsa bu gedişlə, səviyyəsiz, axmaq verilişlərlə gəncləri korlayırlar. Məhkəmədə olan şeyi gətirib televiziyaya çıxarırlar. Bir yekəbaş arvadı ilə birləşib anasını evdən qollayıb. Bizim də dinimiz deyir ki, cənnət ananın ayaqları altındadır. Yaxşı, bunu sən niyə televiziyada göstərirsən? Ola bilsin ki, bu tipik hadisə haradasa bir yerdə baş verib. Məhkəməlik olan şeyi gətirib efirdə verirsən. Uşaq, cavan da baxır. Mən yaşda birinə təsir etməz, tam əksi ikrah hissi oyadar. Belə şeydən iyrənirəm. Amma uşaqlar baxır. Ona evdə tərbiyə verirsən ki, böyüyə, kiçiyə hörmət et. Amma sonra baxır ki, sən demə, ananı evdən qovmaq olur. Bununla nə demək istəyirsiniz? Bu nə geyimlərdir, efirə çıxırsınız? Hava istidir, mən də istəyərəm ki, burada şortla gəzim. Bizim milli mentalitetimizə uyğun gəlmir. Demirəm, biz qalaq keçmişdə, o qaranlıqda. Yox. Zamanla ayaqlaşmalıyıq, amma yaxşı şeylərlə. Təəssüf ki, ucuz yolla gedib, reytinq qazanmaq istəyənlər var. Bu reytinqində nəticəsi tamaşaçı zövqünü korlamaqdır. Və insanlar yavaş-yavaş vəhşiləşirlər. Bu sözümə görə məni qınamışdılar. Amma təəssüf ki, bu gün kütlə var. Bu kütləni də yetişdirib çoxaldan verilişlərimiz, televiziyadır. Əvvəl savadlı, ağıllı adamlar efirə çıxardı. Bu gün televizya olub rusların bir sözü var "prokhodnoy dvor". Kim gəlir, efirə çıxarırlar. Televiziyaya nümünəvi adamlar çıxarılmalıdır".

R.Balayev özünü "sənətkar" deyən toy müğənnilərini "bədbəxt" adlandırıb:

"Toy müğənniləri var ki, sənətdən danışırlar. Sən heç sənətin qapısı haradadır onu görməmisən, ay "bədbəxt". Amma yeri gələndə bu kütlə onu toya çağırır, yarım saatına 5 min verir. Bu da elə bilir ki, "sənətkar"dır. Bunu da televiziya edir. Televiziyanın son 30 ildə pozduğu əxlaqı heç kəs edə bilməzdi".



Son xəbərlər