Özbəkistanda niqab və qadın paltarı geyinən kişi məhkum edilib.
Bu barədə Daşkənd Şəhər Məhkəməsinə istinadən məlumat verilib.
Qeyd olunub ki, polis əməkdaşları 21 yaşlı gənci qadın geyimində və niqabda paytaxt bazarlarından birində gəzərkən saxlayıblar. Həbs zamanı o, müqavimət göstərməyə çalışıb.
Məhkəmədə o, uşaqlıqdan qadın geyimləri ilə maraqlandığını və niqab taxdığını bildirib.
Məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin maddələrini pozmaqda təqsirli bilib. O, 15 günlük inzibati həbs edilib və cərimələnib.
Xatırladaq ki, Özbəkistanda üzünü gizlədən və şəxsiyyəti müəyyənləşdirməyə mane olan geyimə görə cəriməni nəzərdə tutan qanun ötən ilin noyabrında qüvvəyə minib.
Mənbə: RİA Novosti