"6 il 6 aydan sonra qovuşduq" - Foto
Şou-biznes 7

"6 il 6 aydan sonra qovuşduq" - Foto

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, o, ad günü olduğunu bildirərək, yenidoğulan qızı ilə bağlı paylaşım edib:

"Keçən il doğum günü postumu paylaşanda yazmışdım ki, nədənsə 33 yaşımı fərqli həyacan ilə gözləyirəm. Sən demə, 34 yaşımı Allahın bəxş etdiyi ən gözəl adı qazanaraq qarşılayacağım üçün imiş.

6 il 6 aydan sonra Mehribanımıza qovuşduq. Nələrdən keçdik, nələr hiss etdik, harada qırıldıq, harada bərkidik yazmağa ehtiyac yoxdur. Allah hər şeyin ən yaxşısını biləndir. Niyyətinizi, qəlbinizi gözəl saxlayın və heç bir zaman ümidsiz olmayın.

Ad günüm mübarək".



Son xəbərlər