"Özü də bu acını 13 yaşında yaşamışdı"
Şou-biznes 11

"Özü də bu acını 13 yaşında yaşamışdı"

"Əziz babam, Əməkdar artist, müğənni və xalqın sevimlisi Cavanşir Məmmədovu itirməyimizin dərin hüzn və kədərini yaşayırıq. Ailəmizin çətin dönəmində başsağlığı verib, dəstək olan hər kəsdən Allah razı olsun. Bu yazım uzun olacaq. Çünki bu hissləri bir cümlə ilə ifadə etmək mümkünsüzdür".

Axşam.az xəbər verir ki, bu sözləri mərhum Əməkdar artist Cavanşir Məmmədovun nəvəsi Rəfiqə sosial şəbəkədə yazıb. O, babası ilə bağlı xatirələrini bölüşüb:

"Müdrik ailə başçısını itirmək hər bir ailə üzvü üçün ağırdır. İlk dəfədir ki, reallıqdan qaçıram. Onun haqqında keçmiş zamanda danışmaq mənim üçün çox çətindir. Hər bir kəliməsi, nəsihətləri və səsi qulağımızdadır. Yoxluğu həyatımızda dolmayacaq boşluq yaratdı. Ailə başçısını itirən kəslər anlayar bu acını. Hansı ki, özü də bu hissləri məhz 13 yaşında olarkən yaşamışdı, atasını vaxtsız itirmişdi. Tale yolunda çətinlikləri ötərək halal zəhmətinin bəhrəsini yaşayırdı. Mənim fərqli mövzular haqqında uzun yazılarımı çox bəyənib, dəstəkləyərdi. Cavanşir baba çox başqa idi. Həm ata kimi, həm baba kimi.

İllər keçəcək, bir gözümüz gülərkən, digəri isə onun yoxluğu üçün daim ağlayacaq. Onun yeri əvəzolunmaz olaraq həmişə görünəcək. Xatirələrini, xoş ifalarını hər zaman yaşadacağıq. İzləyicilərin dediyi kimi: "Bu dünyaya kişi kimi gəldi, eldən kişi kimi getdi". Allah sənə rəhmət eləsin, əziz babam. Uca Tanrı yerini cənnət etsin".

Qeyd edək ki, C.Məmmədov apreldə qəfil ürəktutmasından dünyasını dəyişib.




Oxşar xəbərlər

Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив