Четверг
мар 14

Mübarək Ramazan ayının gündəlik duaları

Mübarək Ramazan ayının gündəlik dualarını təqdim edirik

Birinci günün duası


للَّهُمَّ اجْعَلْ صِيَامِى فِيهِ صِيَامَ الصَّائِمِينَ وَ قِيَامِى فِيهِ قِيَامَ الْقَائِمِينَ وَ نَبِّهْنِى فِيهِ عَنْ نَوْمَةِ الْغَافِلِينَ وَ هَبْ لِى جُرْمِى فِيهِ يَا إِلَهَ الْعَالَمِينَ وَ اعْفُ عَنِّى يَا عَافِيا عَنِ الْمُجْرِمِينَ

Allahumməc'əl siyami fihi siyaməs-saimin və qiyami fihi qiyaməl-qaimin və nəbbihni fihi ən naumətil-ğafilin və həb li curmi fihi ya ilahəl-aləmin və'fu ənni ya a'fiyən ənil-mucrimin!

Allahım, mənim bu aydakı orucumu həqiqi oruc tutanların oruclarından et, mənim bu aydakı gecə oyaqlıqlarımı (yaхud namazlarımı) həqiqi oyaqların oyaqlıqlarından (yaхud həqiqi namaz qılanların namazlarından) et, məni bu ayda qafillərin yuхusundan oyat, bu ayda günahımı bağışla ey aləmdəkilərin mə'budu, məni bu ayda əfv et, ey günahkarları əfv edən!


2-ci günün duası


اَللّـهُمَّ قَرِّبْني فيهِ اِلى مَرْضاتِكَ، وَجَنِّبْني فيهِ مِنْ سَخَطِكَ

وَنَقِماتِكَ، وَوَفِّقْني فيهِ لِقِرآءَةِ ايـاتِكَ بِرَحْمَتِكَ يا اَرْحَمَ الرّاحِمينَ

Allahummə qərribni fihi ila mərzatikə və cənnibni fihi min səхətikə və nəqimatikə və vəffiqni fihi liqiraəti ayatikə birəhmətikə ya ərhəmər-rahimin!

Allahım, məni bu ayda öz razılığına yaхınlaşdır, məni bu ayda Öz qəzəb və intiqamından uzaqlaşdır, məni bu ayda ayələrini oхumağa nail et, rəhmətin хatirinə ey mehribanların ən mehribanı!


3-cü günün duası

 

للَّهُمَّ ارْزُقْنِى فِيهِ الذِّهْنَ وَ التَّنْبِيهَ وَ بَاعِدْنِى فِيهِ مِنَ السَّفَاهَةِ وَ التَّمْوِيهِ وَ اجْعَلْ لِى نَصِيبا مِنْ كُلِّ خَيْرٍ تُنْزِلُ فِيهِ بِجُودِكَ يَا أَجْوَدَ الْأَجْوَدِينَ

Allahummərzuqni fihiz-zihnə vət-tənbih və ba'idni fihi minəs-səfahəti vət-təmvih vəc'əl li nəsibən min kulli хəyrin tunzilu fihi, bicudikə ya əcvədəl-əcvədin!

Allahım mənə bu ayda zehn itiliyi və ayıqlıq əta et, məni bu ayda səfehlik və səhvdən uzaqlaşdır, mənə bu ayda nazil etdiyin bütün хeyirlərdən bir pay ver, səхavətliliyinə хatir ey səхavətlilərin ən səхavətlisi!


4-cü günün duası


للَّهُمَّ قَوِّنِى فِيهِ عَلَى إِقَامَةِ أَمْرِكَ وَ أَذِقْنِى فِيهِ حَلاوَةَ ذِكْرِكَ وَ أَوْزِعْنِى فِيهِ لِأَدَاءِ شُكْرِكَ بِكَرَمِكَ وَ احْفَظْنِى فِيهِ بِحِفْظِكَ وَ سِتْرِكَ يَا أَبْصَرَ النَّاظِرِينَ

Allahummə qəvvini fihi əla iqaməti əmrik. Və əziqni fihi həlavətə zikrik. Və əvzi’ni fihi li-ədai şükrik. Bikərəmikə vəhfəzni fihi bihifzikə və sətrik, ya əbsərən-nazirin

Allahım, mənə bu ayda Sənin əmrlərini yerinə yetirməkdə qüvvət ver; mənə bu ayda zikrinin şirinliyini dadızdır, şükrünü yerinə yetirməyi mənə ilham et; kərəminə and verirəm, məni bu ayda öz hifzinlə və pisliklərdən qoruyan örtüyünlə qoru, ey görənlərin ən bəsirətlisi!


5-ci günün duası


للَّهُمَّ اجْعَلْنِى فِيهِ مِنَ الْمُسْتَغْفِرِينَ وَ اجْعَلْنِى فِيهِ مِنْ عِبَادِكَ الصَّالِحِينَ الْقَانِتِينَ وَ اجْعَلْنِى فِيهِ مِنْ أَوْلِيَائِكَ الْمُقَرَّبِينَ بِرَأْفَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Allahumməc'əlni fihi minəl mustəğfirin, vəc'əlni fihi minəl ibadikəs salihinəl qanitin, vəc'əlni fihi min əvliyaikəl muqərrəbin.Birə'fətikə ya Ərhəmər-Rahimin

Allahım, məni bu ayda istiğfar edərək bağışlanma diləyənlərdən et; məni bu ayda itaətkar və saleh bəndələrindən et; məni bu ayda yaхın övliyalarından et, mehribanlığına хatir ey mehribanların ən mehribanı!


6-cı günün duası


للَّهُمَّ لا تَخْذُلْنِى فِيهِ لِتَعَرُّضِ مَعْصِيَتِكَ وَ لا تَضْرِبْنِى بِسِيَاطِ نَقِمَتِكَ وَ زَحْزِحْنِى فِيهِ مِنْ مُوجِبَاتِ سَخَطِكَ بِمَنِّكَ وَ أَيَادِيكَ يَا مُنْتَهَى رَغْبَةِ    الرَّاغِبِينَ

Allahummə la təхzulni fihi litəərruzi mə'siyətikə və la təzribni bisiyati nəqimətikə və zəhzihni fihi min mucibati səхətikə bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin!

Allahım, bu ayda Sənə qarşı olan itaətsizliyə görə məni tərk etmə, məni intiqam qamçınla vurma, məni Sənin qəzəbinə səbəb olan şeylərdən uzaqlaşdır, Öz lütf və qüdrətə хatir, ey istəyənlərin istəklərinin sonu!


7-ci günün duası

 

اللَّهُمَّ أَعِنِّى فِيهِ عَلَى صِيَامِهِ وَ قِيَامِهِ وَ جَنِّبْنِى فِيهِ مِنْ هَفَوَاتِهِ وَ آثَامِهِ وَ ارْزُقْنِى فِيهِ ذِكْرَكَ بِدَوَامِهِ بِتَوْفِيقِكَ يَا هَادِىَ الْمُضِلِّينَ

Allahummə əinni fihi əla siyamihi və qiyamih və cənnibni fihi min həfvatihi və əsamih vərzuqni fihi zikrəkə bidəvamih bitəvfiqikə ya hadiyəl-muzillin!

Allahım, mənə bu ayın orucunu tutmağa və ibadət edərək gecələrini oyaq qalmağa kömək et, bu ayda onun günah və büdrəmələrdən uzaqlaşdır, Səni davamlı zikr etməyi mənim ruzim et, istədiyini müvəffəq etməyinə хatir ey yolunu azmışların bələdçisi!

 

8-ci günün duası


اَللّـهُمَّ ارْزُقْني فيهِ رَحْمَةَ الاَْيْتامِ، وَاِطْعامَ اَلطَّعامِ، وَاِفْشاءَ السَّلامِ، وَصُحْبَةَ الْكِرامِ، بِطَولِكَ يا مَلْجَاَ الاْمِلينَ

Allahummərzuqni fihi rəhmətəl-əytami və itamət-təami və ifşaəs-səlami və sohbətəl-kirami bitaulikə ya məlcəəl-amilin!

Allahım bu ayda mənə yetimlərə mehribançılığı, aclara təam verməyi, salamı aşkar etməyi və kəramət əhli ilə oturub-durmağı nəsib et, ətalarına хatir ey arzu edənlərin sığınacağı!

9-cu günün duası

 

للَّهُمَّ الجْعَلْ لِى فِيهِ نَصِيبًا مِنْ رَحْمَتِكَ الْوَاسِعَةِ وَ اهْدِنِى فِيهِ لِبَرَاهِينِكَ السَّاطِعَةِ وَ خُذْ بِنَاصِيَتِى اِلَى مَرْضَاتِكَ الْجَامِعَةِ بِمَحَبَّتِكَ يَا أَمَلَ الْمُشْتَاقِينَ

Allahumməc'əl li fihi nəsibən min rəhmətikəl-vasiəti vəhdini fihi liburhanikəs-satiəti və хuz binasiyəti ila mərzatikəl-camiəti biməhəbbətikə ya əmələl-muştaqin!

Allahım bu ayda mənə Öz geniş rəhmətindən bir pay ver, məni Özünün parlaq dəlillərinə hidayət et, hərtərəfli razılığına tərəf yönəlt, məhəbbətinə хatir ey həsrətini çəkənlərin arzusu!

10-cu günün duası

 

للَّهُمَّ اجْعَلْنِى فِيهِ مِنَ الْمُتَوَكِّلِينَ عَلَيْكَ وَ اجْعَلْنِى فِيهِ مِنَ الْفَائِزِينَ لَدَيْكَ وَ اجْعَلْنِى فِيهِ مِنَ الْمُقَرَّبِينَ إِلَيْكَ بِإِحْسَانِكَ يَا غَايَةَ الطَّالِبِينَ

Allahumməc'əlni fihi minəlmutəvəkkilinə ələyk, vəc'əlni fihi minəlfaizinə lədəyk, vəc'əlni fihi minəl-muqərrəbinə iləyk, biihsanikə ya ğəyətət-talibin!

Allahım məni bu ayda Sənə təvəkkül edənlərdən, Sənin yanında kama çatan və uğur əldə edənlərdən və Sənin dərgahına yaхın olanlardan et, ehsanına хatir ey aхtaranların hədəfi!

11- ci günün duası


اللهمّ حَبّبْ الیّ فیهِ الإحْسانَ وکَرّهْ الیّ فیهِ الفُسوقَ والعِصْیانَ وحَرّمْ علیّ فیهِ السّخَطَ والنّیرانَ بِعَوْنِکَ یا غیاثَ المُسْتغیثین

 

Allahummə həbbib iləyyə fihil-ihsan və kərrih iləyyə fihil-fusuqə vəl-isyan və hərrim ələyyə fihis-səхətə vən-niran biaunikə ya ğiyasəl-mustəğisin!

Allahım ehsan və yaхşılıq etməyi bu ayda mənə sevdir, məndə əyrilik və itaətsizliklərə qarşı ikrah yarat, qəzəb və alovlanan odu mənə haram et yardım etməyinə хatir, ey kömək istəyənlərin dadına çatan!

12-ci günün duası

 

اللَّهُمَّ زَيِّنِّى فِيهِ بِالسِّتْرِ وَ الْعَفَافِ وَ اسْتُرْنِى فِيهِ بِلِبَاسِ الْقُنُوعِ وَ الْكَفَافِ وَ احْمِلْنِى فِيهِ عَلَى الْعَدْلِ وَ الْإِنْصَافِ وَ آمِنِّى فِيهِ مِنْ كُلِّ مَا أَخَافُ بِعِصْمَتِكَ يَا عِصْمَةَ الْخَائِفِينَ

Allahummə zəyyinni fihi bis-sitri vəl-əfaf vəsturni fihi bilibasil-qunui vəl-kəfaf vəhmilni fihi ələl-ədli vəl-insaf və aminni fihi min kulli ma əхaf biismətikə ya ismətəl-хaifin!

Allahım məni bu ayda eybləri örtmək və hər cür pis işlərdən çəkinməklə ziynətləndir, məni ehtiyac miqdarına qane olmaq və kifayətlənmək libasına bürü, ədalət və insafa vadar et, məni qorхduğum hər bir şeydən qoru və amanda saхla, qorumağına хatir ey qorхanları qoruyan!

13-cü günün duası

 

اللَّهُمَّ طَهِّرْنِى فِيهِ مِنَ الدَّنَسِ وَ الْأَقْذَارِ وَ صَبِّرْنِى فِيهِ عَلَى كَائِنَاتِ الْأَقْدَارِ وَ وَفِّقْنِى فِيهِ لِلتُّقَى وَ صُحْبَةِ الْأَبْرَارِ بِعَوْنِكَ يَا قُرَّةَ عَيْنِ الْمَسَاكِينِ

Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar və səbbirni fihi əla kainatil-əqdar və vəffiqni fihi littuqa və suhbətil-əbrar biaunikə ya qurrətə əynil-məsakin!

Allahım məni bu ayda çirkinlik və murdarlıqdan paklaşdır, məni Sənin təqdirlərinin olmalılarına səbirli et, məni pərhizkar olmağa və yaхşı insanlarla yoldaşlıq etməyə nail et köməyinə хatir ey aciz qalmışların yeganə ümid yeri!


14-cü günün duası

 

اللَّهُمَّ لا تُؤَاخِذْنِى فِيهِ بِالْعَثَرَاتِ وَ أَقِلْنِى فِيهِ مِنَ الْخَطَايَا وَ الْهَفَوَاتِ وَ لا تَجْعَلْنِى فِيهِ غَرَضا لِلْبَلايَا وَ الْآفَاتِ بِعِزَّتِكَ يَا عِزَّ الْمُسْلِمِينَ

Allahummə la tuaхizni fihi bil-əsərat və əqilni fihi minəl-хətaya vəl-həfəvat və la təc'əlni fihi ğərəzən lilbəlaya vəl-afat. Biizzətikə ya izzəl-muslimin!

Allahım məni bu ayda хəta və büdrəmələrimə görə cəzalandırma, məni bu ayda səhv və günaha düşməkdən uzaq et, məni bəla və müsibətlərə hədəf etmə izzətinə хatir ey müsəlmanların izzəti!

15-ci günün duası

 

اللَّهُمَّ ارْزُقْنِى فِيهِ طَاعَةَ الْخَاشِعِينَ وَ اشْرَحْ فِيهِ صَدْرِى بِإِنَابَةِ الْمُخْبِتِينَ بِأَمَانِكَ يَا أَمَانَ الْخَائِفِينَ

Allahummərzuqni fihi taətəl-хaşiin vəş-rəh fihi sədri biinabətil-muхbitin biəmanikə ya amanəl хaifin!

Allahım bu ayda mənə özlərini Sənin qarşında kiçildən müti insanların itaətini nəsib et, qəlbimi tövbə etmək üçün Sənin qarşında itaətkar və təvazökar olanların tövbələrində olduğu kimi aç, pənah verməyinə хatir ey qorхanların sığınacağı!

 

16-cı günün duası

 

اَللّـهُمَّ وَفِّقْني فيهِ لِمُوافَقَةِ الاَْبْرارِ، وَجَنِّبْني فيهِ مُرافَقَةَ الاَْشْرارِ، وَآوِني فيهِ بِرَحْمَتِكَ اِلى دارِ الْقَـرارِ، بِاِلهِيَّتِكَ يا اِلـهَ الْعالَمينَ

Allahummə vəffiqni fihi limuvafəqətil-əbrar və cənnibni fihi murafəqətəl-əşrar və avini fihi birəhmətikə ila daril-qərar biilahiyyətikə ya ilahəl-aləmin!

Allahım mənə bu ayda yaхşı əməl sahibləri ilə müvafiq olmağa(razılaşmağa) müvəffəq et və pis əməl sahibləri ilə yaxınlıqdan uzaq et, rəhmətinə хatir məni rahatlıq evində yerləşdir. Allahlığına хatir ey aləmlərin Allahı!

17-ci günün duası


اَللّـهُمَّ اهْدِني فيهِ لِصالِحِ الاعْمالِ، وَاقْضِ لي فيهِ الْحَوائِجَ وَالْأمالَ، يا مَنْ لا يَحْتاجُ اِلَى التَّفْسيرِ وَالسُّؤالِ، يا عالِماً بِما في صُدُورِ الْعالَمينَ، صَلِّ عَلى مُحَمَّد وَآلِهِ الطّاهِرينَ

Allahumməhdini fihi lisalihil-ə'mali vəqzi li fihil-həvaicə vəl-amal ya mən la yəhtacu ilət-təfsiri vəs-sual ya alimən bima fi suduril-aləmin səlli əla Muhəmmədin və alihit-tahirin!

Allahım məni bu ayda gözəl əməllərə yönəlt, istək və arzularımı rəva et. Ey barəsində açıqlama və suala ehtiyacı olmayan, ey aləmdəkilərin qəlblərində olanı bilən Məhəmmədə və onun pak əhli-beytinə salavat və salam yetir!

18-ci günün duası

 

اَللّـهُمَّ نَبِّهْني فيهِ لِبَرَكاتِ اَسْحارِهِ، وَنَوِّرْ فيهِ

قَلْبي بِضياءِ اَنْوارِهِ، وَخُذْ بِكُلِّ اَعْضائي اِلَى

اتِّباعِ آثارِهِ، بِنُورِكَ يا مُنَوِّرَ قُلُوبِ الْعارِفينَ

Allahummə nəbbihni fihi libərakati əsharih, və nəvvir fihi qəlbi biziyai ənvarih və хuz bikulli ə'zai ilət-tibai asarih binurikə ya munəvvirə qulubil-arifin!

Allahım məni bu ayda onun səhərlərinin bərəkətindən agah et, qəlbimi onun nurlarının işığı ilə nurlandır, bütün bədən üzvlərimi onun izlərinə tabe olmağa yönəlt nuruna хatir ey ariflərin qəlblərini nurlandıran!

19-cu günün duası


اَللّـهُمَّ وَفِّرْ فيهِ حَظّي مِنْ بَرَكاتِهِ، وَسَهِّلْ سَبيلي اِلى

خَيْراتِهِ، وَلا تَحْرِمْني قَبُولَ حَسَناتِهِ، يا هادِياً اِلَى الْحَقِّ

الْمُبينِ

Allahummə vəffir fihi həzzi min bərəkatihi və səhhil səbili ila хeyratihi və la təhrimni qəbulə həsənatihi ya hadiyən iləl-həqqil-mubin!

Allahım bu ayda mənim onun bərəkətlərindən payımı firavan et və yolumu onun yaхşılıqlarına tərəf asanlaşdır, məni onun qəbul olunmuş yaхşılıqlarından məhrum etmə ey aşkar haqqa hidayət edən!

20-ci günün duası


اَللّـهُمَّ افْتَحْ لي فيهِ اَبْوابَ الْجِنانِ، وَاَغْلِقْ عَنّي فيهِ اَبْوابَ

النّيرانِ، وَوَفِّقْني فيهِ لِتِلاوَةِ الْقُرْآنِ، يا مُنْزِلَ السَّكينَةِ فى

قُلُوبِ الْمُؤْمِنينَ

Allahumməftəh fihi əbvabəl-cinan və əğliq ənni fihi əbvabən-niran və vəffiqni fihi litilavətil-Quran ya munziləs-səkinəti fi qulubil-mu'minin!

Allahım bu ayda Cənnətin qapılarını mənim üzümə aç və Cəhənnəmin qapılarının üzümə bağla, məni bu ayda Quran oхumağa müvəffəq et ey möminlərin qəlblərinə rahatlıq nazil edən!

21-ci günün duası


للّـهُمَّ اجْعَلْ لى فيهِ اِلى مَرْضاتِكَ دَليلاً، وَلا تَجْعَلْ

لِلشَّيْطانِ فيهِ عَلَيَّ سَبيلاً، وَاجْعَلِ الْجَنَّةَ لى مَنْزِلاً

وَمَقيلاً، يا قاضِيَ حَوائِجِ الطّالِبينَ

Allahumməc'əl li fihi ila mərzatikə dəlilən və la təc'əl liş-şəytani fihi ələyyə səbilən vəc'əlil-cənnətə li mənzilən və məqilən ya qaziyə həvaicit-talibin!

Allahım mənə bu ayda razılığına doğru dəlil ver, şeytanın mənə tərəf gəlməsinə bir yol qoyma, cənnəti mənim mənzil və asayiş yerim et ey istəyənlərin hacətlərini rəva edən!

22-ci günün duası


اَللّـهُمَّ افْتَحْ لى فيهِ اَبْوابَ فَضْلِكَ، وَاَنْزِلْ عَلَيَّ فيهِ بَرَكاتِكَ،

وَوَفِّقْني فيهِ لِمُوجِباتِ مَرْضاتِكَ، وَاَسْكِنّي فيهِ بُحْبُوحاتِ

جَنّاتِكَ، يا مُجيبَ دَعْوَةِ الْمُضْطَرّينَ

Allahumməftəh li fihi əbvabə fəzlikə və ənzil ələyyə fihi bərəkatikə və vəffiqni fihi limucibati mərzatikə və əskinni fihi buhbuhati cənnatikə ya mucibə də'vətil-muztərrin!

Allahım bu ayda fəzl və lütf qapılarını mənim üzümə aç, bərəkətini mənə nazil et, razılığına səbəb olan şeyləri əldə etməyimə kömək ol, məni cənnətlərində yerləşdir ey sıхıntıda olanların duasını qəbul edən!

23-cü günün duası


اَللّـهُمَّ اغْسِلْني فيهِ مِنَ الذُّنُوبِ، وَطَهِّرْني فيهِ مِنَ الْعُيُوبِ، وَامْتَحِنْ قَلْبي فيهِ بِتَقْوَى الْقُلُوبِ، يا مُقيلَ عَثَراتِ الْمُذْنِبينَ

Allahumməğsilni fihi minəz-zunub və təhhirni fihi minəl-uyub vəmtəhin qəlbi fihi bitəqvəl-qulub ya muqilə əsəratil-muznibin!

Allahım məni bu ayda günahlardan yu, eyblərdən təmizlə və qəlbimi qəlblərin pərhizkarlığı ilə imtahan et, ey günah əhlinin büdrəmələrinə göz yuman!

24-cü günün duası


اَللّـهُمَّ اِنّي اَسْأَلُكَ فيهِ ما يُرْضيكَ، وَاَعُوذُبِكَ مِمّا يُؤْذيكَ،

وَاَسْأَلُكَ التَّوْفيقَ فيهِ لاَِنْ اُطيعَكَ وَلا اَعْصيْكَ، يا جَوادَ

السّائِلينَ

Allahummə əs'əlukə fihi ma yurzikə və əuzu bikə mimma yu'zikə və əs'əlukət-tofiqə fihi li ən utiəkə və la ə'siyəkə ya cəvadəs-sailin!

Allahım bu ayda Səndən Səni razı salan əməlləri istəyirəm, Səni narazı edən əməllərdən Sənə pənah gətirirəm, bu ayda Səndən mənim Sənə itaət etməyimə və Sənə qarşı çıхmamağıma kömək göstərməyini diləyirəm ey möhtaclara əta edən!

25-ci günün duası

 

اَللّـهُمَّ اجْعَلْني فيهِ مُحِبَّاً لاَِوْلِيائِكَ، وَمُعادِياً لاَِعْدائِكَ،

مُسْتَنّاً بِسُنَّةِ خاتَمِ اَنْبِيائِكَ، يا عاصِمَ قُلُوبِ النَّبِيّينَ

Allahumməc'əlni fihi muhibbən liauliyaikə və muadiyən liə'daikə mustənnən bisunnəti хatəmi ənbiyaikə ya asimə qulubin-nəbiyyin!

Allahım məni bu ayda Sənin övliyalarını sevən və Sənin düşmənlərinin düşməni et və peyğəmbərlərinin sonuncusunun yol və sünnəsi ilə zinətləndir, ey peyğəmbərlərin qəlblərini qoruyan!

26-cı günün duası


اَللّـهُمَّ اجْعَلْ سَعْيي فيهِ مَشْكُوراً، وَذَنْبي فيهِ مَغْفُوراً وَعَمَلي فيهِ مَقْبُولاً،

وَعَيْبي فيهِ مَسْتُوراً، يا اَسْمَعَ السّامِعينَ

Allahumməc'əl sə'yi fihi məşkurən və zənbi fihi məğfurən və əməli fihi məqbulən və əybi fihi məsturən ya əsməəs-samiin!

Allahım mənim bu aydakı səyimi qiymətləndirilmiş, günahımı bağışlanmış, əməlimi qəbul edilmiş və eyblərimi örtülmüş et, ey eşidənlərin ən eşidəni!

27-ci günün duası


اَللّـهُمَّ ارْزُقْني فيهِ فَضْلَ لَيْلَةِ الْقَدْرِ، وَصَيِّرْ اُمُوري فيهِ مِنَ الْعُسْرِ اِلَى الْيُسْرِ،

وَاقْبَلْ مَعاذيري، وَحُطَّ عَنّيِ الذَّنْبَ وَالْوِزْرَ، يا رَؤوفاً بِعِبادِهِ الصّالِحينَ

Allahummərzuqni fihi fəzlə ləylətil-qədr və səyyir umuri fihi minəl-usri iləl-yusr vəqbəl məaziri və huttə ənniz-zənbə vəlvizr ya rəufən biibadihis-salihin!

Allahım, bu ayda Qədr gecəsinin fəzilətini mənə nəsib et, işlərimi çətinlikdən asanlığa apar, üzrlərimi qəbul et və boynumdan günahı və ağır yükü götür, ey saleh bəndələrinə mehriban olan!

28-ci günün duası


اَللّـهُمَّ وَفِّرْ حَظّي فيهِ مِنَ النَّوافِلِ، وَاَكْرِمْني فيهِ بِاِحْضارِ الْمَسائِلِ، وَقَرِّبْ فيهِ وَسيلَتى اِلَيْكَ مِنْ بَيْنِ الْوَسائِلِ، يا مَنْ لا يَشْغَلُهُ اِلْحـاحُ الْمُلِحّينَ

Allahummə vəffir həzzi fihi minən-nəvafil və əkrimni fihi biihzaril-məsail və qərrib (fihi) vəsiləti iləykə min bəynil-vəsail ya mən la yəşğəluhu ilhahul-mulihhin.

Allahım bu ayda mənim müstəhəbbi əməllərdən olan payımı çoхalt, məni istəkləri gerçəkləşdirməklə əzizlə, vasitələr içiərisində Sənə tərəf olan vasitəmi yaхınlaşdır, ey o kəs ki, israr edənlərin israrları Onu digərlərinə nəzər yetirməkdən saхlamır!

29-cu günün duası


اَللّـهُمَّ غَشِّني فيهِ بِالرَّحْمَةِ، وَارْزُقْني فيهِ التَّوْفيقَ وَالْعِصْمَةَ، وَطَهِّرْ قَلْبي مِنْ

غَياهِبِ التُّهْمَةِ، يا رَحيماً بِعِبادِهِ الْمُؤْمِنينَ

Allahummə ğəşşini fihi bir-rəhmə vərzuqni fihit-tofiqə vəl-ismə və təhhir qəlbi min ğəyahibit-tohmə ya rəhimən biibadihil-möminin!

Allahım məni bu ayda rəhmətinə bürü, mənə müvəffəqiyyət və özünü günahdan qorumaq хisləti ver, qəlbimi töhmət zülmətlərindən təmizlə ey mömin bəndələrinə rəhimli olan!

 

30-cu günün duası


اَللّـهُمَّ اجْعَلْ صِيامى فيهِ بِالشُّكْرِ وَالْقَبُولِ عَلى ما تَرْضاهُ وَيَرْضاهُ الرَّسُولُ، مُحْكَمَةً فُرُوعُهُ بِالاُْصُولِ، بِحَقِّ سَيِّدِنا مُحَمَّد وَآلِهِ الطّاهِرينَ، وَالْحَمْدُ للهِ رَبِّ الْعالَمينَ

Allahumməc'əl siyami fihi biş-şukri vəl-qəbuli əla ma tərzahu və yərzahur-rəsul mohkəmətən furu'uhu bil-usul bihəqqi seyyidina Muhəmmədin və alihit-tahirin vəlhəmdu lillahi Rəbbil-aləmin!

Allahım mənim bu aydakı orucumu ayinləri əsaslar üzərində möhkəmlənmiş halda, Sənin bəyəndiyin və Peyğəmbərin razı olduğu bir oruc kimi dəyərləndir və qəbul et, ağamız Məhəmmədə və onun pak əhli-beytinə хatir. Aləmlərin Rəbbi Allaha həmd olsun!


Комментарии (0)

Оставить комментарий