Среда
фев 28

Proqramçılar işsiz qalacaq – SƏBƏB

NVIDIA-nın qurucusu və uzun müddətli lideri Jensen Huanq, İT sahəsində açıq proqnozları ilə tanınır. 

Lent.az xəbər verir ki, bu dəfə o, Dubayda keçirilən Dünya Hökumət Sammitindəki çıxışı zamanı o, gələcəkdə peşəkarların proqramlaşdırma dillərini bilməyə ehtiyac duymayacağını vurğulayıb. 

Onun sözlərinə görə, yaxın gələcəkdə kodlar süni intellekt vasitəsilə yazılacaq. 

Huanq bildirir ki, uşaqlara proqramlaşdırma bacarıqlarının öyrədilməsi artıq o qədər də vacib deyil. Çünki gələcəkdə proqram təminatı yaratmaq üçün texniki spesifikasiyalar təbii dildə aydın şəkildə formalaşdırılmaq kifayət edəcək. Bütün işləri süni intellekt həyata keçirəcək. Şirkət rəhbəri son 10-15 ildə informasiya texnologiyaları mütəxəssisləri arasında üstünlük təşkil edən, uşaqlara balacalıqdan proqramlaşdırma öyrətməyə çağıran fikirləri dəstəkləmir. 


"Əslində, vəziyyət demək olar ki, tamamilə əksinədir", - Jensen Huanq bildirib.


"Bizim missiyamız insanları proqramlaşdırma ehtiyacından azad edəcək texnologiya yaratmaqdır və proqramlaşdırma dili son nəticədə insana çevriləcək. Hər kəs özünü proqramçı hesab edə bilər və bu, süni intellektin möcüzəsidir", - NVIDIA rəhbəri vurğulayıb. 


Onun fikrincə, gənclərin biotexnologiya, təhsil, istehsal və kənd təsərrüfatı sahələrində daha dəyərli bacarıqlara yiyələnmək üçün vaxt sərf etmələri məntiqlidir. 



Комментарии (0)

Оставить комментарий