17:20 Övlad sahibi olmaq üçün effektiv müalicə hansıdır? 17:19 Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ? 17:18 "İş təklifi" adı altında fırıldaq: Kartınızı qorumağın yolları 17:17 16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür 17:16 Sabah bu ərazilərə qar yağacaq 17:15 Gələn il Azərbaycanda notbukların qiyməti artacaq? 17:14 "Telegram"da ilk hədiyyə hərracı keçirilib 17:13 Dubayda dünyanın ən hündür hoteli açılıb 23:29 ​5 gün ardıcıl QEYRİ-İŞ GÜNÜ OLACAQ - TARİXLƏR 19:23 ChatGPT-nin iki yeni versiyası təqdim olundu

Kamil Zeynallı Ermənistana təhvil veriləcək?

Kamil Zeynallı Ermənistana təhvil veriləcək?
Xəbər verdiyimiz kimi, tanınmış idmançı Kamil Zeynallı Rusiyada saxlanılıb. Kamil Zeynallı Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini və onların tələbi ilə saxlanıldığını bildirib. İdmançı Rusiya tərəfindən Ermənistana təhvil veriləcəyini deyib. Bəs Kamil Zeynallı Ermənistana ekstradisiya oluna bilərmi?


BiG.AZ xəbər verir ki, mövzu ilə bağlı hüquqşünas Cavid Rəhimli açıqlama verib.


O bildirib ki, Kamilin ekstradisiya olunması üçün Ermənistanın ittiham etdiyi əməl Rusiya qanunvericiliyinə görə də cinayət hesab edilməlidir. (İkiqat cinayətkarlıq prinsipi). Həmin əməl Ermənistan və Rusiya arasında ekstradisiya üçün müəyyən edilmiş cinayət əməlləri arasında olmalıdır.


"Müvafiq hüquqi əsas olması ekstradisiyanı şərtləndirmir. Sadəcə ekstradisiya üçün əsas yaradır, sonda verilən qərar isə siyasi olur. Hansı əməllə ittiham olunduğunu bilmirəm, məsələn Ermənistan vətəndaşının xüsusi mülkiyyətinə zərər vurması ilə ittiham olunursa və müvafiq əməl müvafiq siyahıda varsa, hüquqi əsas yarana bilər. Ancaq ittiham olunduğu əməl siyasi məsələdirsə, onda hüquqi əsas yaranmır.Həmçinin Rusiyanın beynəlxalq insan hüquqları öhdəlikləri ekstradisiya nəticəsində təqsirləndirilən şəxsin fundamental hüquqlarının pozulacağı (ədalətsiz məhkəmə, işgəncə və s.) təqdirdə bunun qarşısını alır.Yəni hüquqi əsas mövcud olsa belə, Azərbaycan - Rusiya diplomatik əlaqələrini və digər siyasi məqamları nəzərə alanda ekstradisiyanın baş tutmayacağını deyə bilərik. Əgər ittiham olunan əməl Rusiya və Azərbaycan qanunvericiliklərinə görə də cinayətdirsə, onda Rusiyada mühakimə edilə və ya Azərbaycana ekstradisiya edilə bilər. Əgər May ayından beynəlxalq axtarışda idisə, Azərbaycanı tərk edə bilməzdi, nəsə qaranlıq məqamlar var".
AYSEL ƏKBƏR


menu Menu game Oyunlar mail Poçt live Live profile Страница