Türkiyəli futbolçu 29 yaşında vəfat edib
İdman 28

Türkiyəli futbolçu 29 yaşında vəfat edib

Türkiyənin "Serik Belediyespor" futbol klubunun müdafiəçisi Mümin Talip Pazarlı 29 yaşında vəfat edib.


Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.


Futbolçunun ölüm səbəbi qan xərçəngi olub.


"Bir müddət əvvəl qan xərçəngi diaqnozu qoyulan futbolçumuz Mümin Talip Pazarlının vəfat etməsini böyük kədər hissi ilə öyrəndik. Bütün yaxınlarına səbr diləyir və başsağlığı veririk", - deyə məlumatda deyilir.
Qeyd edək ki, futbolçu cari mövsümə Türkiyənin "Ankara Dəmirspor" klubunda başlayıb. Yanvarda müdafiəçi "Serik Belediyespor"a keçib. O, komandanın heyətində dörd oyuna çıxıb.(oxu.az)

Son xəbərlər