Yuxu yozmaları F hərfi
Yuxu Yozma 192

Yuxu yozmaları F hərfi

FABRİKA (zavod)-Cavan oğlanın özünü fabrikdə və ya zavodda işləyən görməsi-başqalarının öyrətməsi və təhriki ilə tutacağı işdən peşman olacağına işarədir. Gənc qadın üçün bu röya onun hədiyyə olaraq xoşuna gələn bir geyim əşyası alacağına; yaşlı adam üçün isə-öhdəsinə düşən işi yaxşı nəticəylə başa vuracağına yozulur.
FABRİK (zavod) SAHİBİ-Yeni bir iş təşəbbüsündə olmaq anlamına gəlir.
FAİZ (sələm)-Faiz (sələm) ödəmək-istəmədən günaha batacaqsınız. Faizlə (sələmlə) pul almaq-birisi tərəfindən öyrədilib yoldan çıxarılacaqsınız.
FAKİH (şəriət bilicisi)-Fikh elmini, xüsusən də, şəriəti yaxşı bilən bir adamı yuxuda görmək-dərrakəyə, zəkaya, işgüzarlığa, elm və texnikanı dərindən öyrənmək həvəsinə yozulur. Fakih görmək, bəzən daxili təmizliyə, imanın təzələnəcəyinə; əgər röya sahibi ası və günahkar bir adamdırsa-tövbə və istiğfar ilə haqq yoluna dönəcəyinə; cahildirsə-yenidən doğru yolu bulacağına; kafirdirsə-müsəlman olacağına işarədir. Hədisi-Şərifdə Rəsulullah Sallallahu-əleyhi-vəssəlam əfəndimizin buyurduğu kimi, şəfii məzhəbində olan birisi başqa bir məzhəbə keçdiyini görürsə, onun istədiyi yerə getməsinə müsaidə edilir, yaxud başqasından borc pul almağa yozulur. Eyni zamanda, onun bir qadını qoyub başqa bir qadınla evlənəcəyinə işarə sayılır.
FAKTURA (haqq-hesab kağızı)-Yuxuda faktura yazmaq-ticarət meydanında mövqe əldə edərək xeyli pul qazanacağınıza işarədir.
FALA BAXMAQ-Falçı-boş və qeyri-real işlərlə aldanan və aldadan, gerçəyi bilmədiyi halda, düşünmədən “bilirəm” deyə ətrafdakıları çaşdıran, məşğul edən bir adamdır. Röyada özünün falçı olduğunu görmək-hamı üçün xeyrə yozulur. Yaxud münəccim və ya kahinlərin özlərinə xas ifadələrlə danışan görmək-röya sahibinin həyatda boş şeylərlə məşğul olduğuna, aldanmağa və qürura yozulur.
FALAQQA-Hiyləgərliyə məruz qalacaqsınız.
FALÇI-Az müddət içində bəzi xırda-para sıxıntılarda qurtulacaq və fərəhə, şadlığa qovuşacaqdır.
FANER-Yuxuda faner görmək-birisinin öz yalanlarıyla sizi qandırıb çaş-baş salacağına işarə sayılır.
FARSCA DANIŞMAQ-Röyada özünü farsca danışan görmək-hadisələri bir az mübaliğəli qiymətləndirmək, şişirtmək anlamına gəlir.
FARFOR (çini)-Röyada farfordan düzəldilmiş bir əşya görmək-köhnə tanışlardan biri röya sahibinə böyük miqdarda maddi yardımda bulunacaqdır.
FATEH-Röyada Konstantinopolu fəth edən Fateh Sultan Mehmet xanı görmək-şan-şöhrət və uğur bəlirtisidir. Bu röyanı görən adamın bəxti açılacaqdır.
FATİMATÜZZƏHRA-Həzrəti Məhəmməd peyğəmbərimizin kərimeyi-möhtərəməsi Fatimatüzzəhra ananı röyada görmək-ailənizi itirəcəyinizə yozulur.
FAHİŞƏ-Bəxtin qapıları üzünüzə açılacaq və hamı tərəfindən sevilən bir adam olacqsınız.
FƏVVARƏ-Röyada fəvvarə-halal mala, uzun ömrə və rifaha işarədir. Fəvvarədən su içmək-rəsmi qaydada xəzinədən pul almağa; fəvvarəyə su doldurmaq-borcları ödəməyə; fəvvarədən su götürmək-rəsmi bir müqaviləyə girişib onu uğula başa vurmağa yozulur.
FƏQİR (dilənçi)-Röyada özünü fəqir, kasıb görmək-yuxu sahibi zənginləşərək və ayəti-cəliləyə görə, əli ruziyə, çörəyə yetişəcəkdir. Özünü kasıblıq üzündən dilənən görmək-mənəvi zənginliyə yozulur. Bir yerdə çoxlu dilənçi görmək-varlı bir adamın vəfatına, günahların bağışlanmasına və sədəqəyə işarə sayılır. Yuxuda bir nəfərin röya sahibinə nəsə verməsi-onun zəhmətsiz mala sahib olacağına yozulur, belə ki, dilənçilik-heç bir sərmayə və kapitala ehtiyac duyulmadan əldə edilən bir ticarətdir.
FƏLAKƏT-Röyada fəlakət tərsinə yozulur. Yuxuda başınıza bir fəlaktə gəldiyini görsəniz, bilin ki, yaxın dostlarınızdan biri tezliklə vəzifədə irəli çəkiləcəkdir. İş həyatında bir fəlakətlə qarşılaşdığını görmək-işləriniz düzələcək və çox yaxşı inkişaf edəcəkdir.
FƏLLAH (qaraşın adam)-Yuxuda bir fəllah, yəni ərəb görmək-tezliklə xoş xəbər alacaqsınız.
FƏNALIQ (pislik, ziyankarlıq)-Röyada kiməsə pislik etmək-təhlükəyə və əndişəyə işarədir. Tanış bir adama pislik etməyi planlaşdırmaq-kədər və iztirablarınız uzun müddət sizi tərk etməyəcəkdir.
FƏNƏR-Röyada yanan əl fənəri görmək-təhlükəli bir gəzintiyə çıxacaqsınız. Sönmüş əl fənəri-uzun müddət kədər və iztirablardan qurtula bilməyəcəksiniz. Küçə fənəri-boş və faydasız işlərə baş qoşmağa işarədir. Maşın fənəri (farası)-röyada uzaqdan görünən avtomobil işığı-ağır gününüzdə bir dostunuzdan böyük yaxşılıqlar görəcəyinizə işarədir.
FƏRAT ÇAYI-Röyada Fərat çayından su işmək-bolluğa qovuşacaqsınız. Fəratı qurumuş görmək-böyük dövlət adamlarından birinin vəfat edəcəyinə yozulur. Fəratdan su içmək, eyni zamanda, dinə bağlılığa, namaz və ibadətin davamlılığına, röya sahibinin aza da qane olduğuna işarə sayılır.
FƏRAÇƏ (geyim)-Könül arhatlığına və bolluğa yozulur.
FƏRYAD-Röyada qorxudan dolayı fəryad etmək-rahatlığa, sevincə qovuşacaqsınız. Səksənərək fəryad etmək-ayəti-cəlilədən də anlaşıldığı kimi, gözəl iman, əmin-amanlıq, rahatlıq və asayiş anlamına gəlir. Ancaq röya sahibinin fəryad və fəğanına səbəb hansısa bir adam və ya öz nəfsidirsə, bu-onun qüsurlu və xətakar bir şəxs olduğuna işarədir.
FƏS-Röyada başa fəs geymək-kədərə və üzüntüyə; fəsi başdan çıxarmaq-sıxıntı və üzüntüdən qurtulmağa dəlalət edir (qərbli röya təbirçilərinə görə, başa fəs geymək-Misirə və ya digər ərəb ölkələrinə səyahətə yozulur).
FİDAN-Övladınızın xeyrini görəcək, bol qazanc əldə edəcəksiniz.
FİDAN ƏKMƏK-Yuxuda əkilən fidanın tumurcuqlarını görmək-varlı bir ailəyə gəlin (və ya kürəkə) olacaqsınız.
FİZİKA-Röyada özünü fizika elmi ilə məşğul olan görmək-hər mənada üstün səviyyəli bir iş adamıyla uöurlu əməkdaşlığa başlayacaqsınız.
FİL-Röyada fil-heybətli, möhkəm bədənli, sərt, böyük gücə malik savaşçı adama işarə sayılır. Filə minmək və ya birisinin filə üstün gəlməsi-onun hökumət adamları və dövlət başçısıyla yaxın əlaqəsinin və bu səbəbdən də yüksək bir məqama çatacağını bildirir. Bu cür röya görən xoşbəxtlik və var-dövlət içində uzun ömür sürəcəkdir. Filin bir tərəfini parçalamaq-röya sahibi hökumət tərəfindən bir bəlaya düçar olacaq, xəstədirsə-vəfat edəcək. Gündüz olduğu kimi filə minmək-zülmə, qəddarlığa yozulur. Yəhərli filə minmək-röya sahibi ticarət adamıdırsa, qazancı artacaq. Yuxuda filin xortumuyla sizi vurması-xeyrə və nemətə qovuşacaqsınız. Fil gübrəsi (peyini) almaq-aldığınız qədər zəngin olub fərəhə qovuşacaqsınız. Fil-dindar, şərəfli bir insan olduğunuzu və ya zəhmət və çətinliklərə qarşı barışmaz mübarizə aparacağınızı xəbər verir. Son nəticə sıxıntı və çətinliklərdən qurtulmuşdur. Fildən qorxduğunu görmək-xəstəliyə; filin ayaqları altında qalmaq-ölümə işarədir. Qadınlar fili nə şəkildə görür-görsün bu röya onlar üçün xeyrə əlamət deməkdir. Fili danışan görmək-xeyrə əlamət sayılır, hökumətdən böyük fayda görəcəyinizi bildirir. Fil əti yemək-dövlətdən mal, sərvət əldə edəcəyinizi göstərir.
FİL DİŞİ-Fil dişindən hazırlanmış bəzək-düzək şeyləri görmək-çox xeyirli röya olub, bəxt açıqlığı deməkdir.
FİLM ÇƏKMƏK-Filmçəkmək və ya özünü bir filmdə rol oynayan görmək-ehtiraslı arzunuzun və şöhrətinizin gerçəkləşəcəyini xəbər verir.
FİLOSOF-Röyasında filosof görən adam çevrəsindəki xain qəlbli iftiraçılardan mütləq özünü qorumalıdır.
FİNCAN-Az da olsa, bir şeydən faydalanacağınıza yozulur.
FİRON-Röyada Misir fironlarından biriylə tanış olduğunu görmək-elm sahəsində qazanılacaq uğura işarədir.
FİRUZƏ-Aşiqlər üçün bu mavi daşı yuxuda görmək çox xeyirlibir yuxu olub, qarşılıqlı xoşbəxtliyi xəbər verir. Gənc qız firuzə daşını görərsə və bu daşdan hazırlanmış bir hədiyyə üzük alarsa, bəyəndiyi və çox sevdiyi bir cavanla evlənib xoşbəxt həyat quracaq. Evli qadını firuzə daşını görməsi və ya bir bəzək əşyası alması-ərinin onu çox sevdiyinə və sadiq olduğuna yozulur.
FİT (fışqırıq) SƏSİ-Röyada fit səsləri çeşidli yozumlarla aşıqlanır. Belə ki: Gecə vaxtı eşidilən fit səsi-xeyrə yozulmur. Ucadan çalınan cingiltili fit səsi-röya sahibi gözlənilmədən pul itirəcəkdir. Astadan çalınan fit səsi-röyanı görən yaxınlarına qarşı daha nəzakətli və anlayışlı davranmalıdır.
FİTNƏ-Yuxuda adamı yoldan azdıran fitnə-fəsad görmək-ayəti-cəliləyə görə, var-dövlətə və övlada yozulur.
FİŞƏNK (benqal fişəngi)-Şən və nəşəli günlərin başlandığına yozulur.
FIRIN-Bolluq və könül rahatlığı anlamına gəlir. Fırından isti çörək çıxdığını görmək isə parlaq gələcək deməkdir.
FIRTINA-Röyada fırtına görmək-yaxın vaxtlarda şaşırdıcı bir xəbər, ya da olayla qarşılaşacağınıza işarə sayılır. Əgər yuxuda fırtına ilə birlikdə yağmur da görülmüşsə, bu cür röyalar bol qazanca yozulur.
FIRFIRA-Xeyrə yozulmaz, xəstəliyə və can sıxıntısına işarədir.
FIRÇA (şotka)-Hansı növdən olur-olsun, röyada fırça görmək-qarşıda yüksək mövqe sahibi olacağınıza işarədir. Yuxuda şotka ilə paltar təmizləmək-son zamanlar çəkdiyiniz sıxıntılardan artıq qurtulmaq üzrə olduğunuzu bildirir.
FISTIQ-Bir qadın yuxusunda fıstıq görərsə, yaxın zamanda hamilə olacaq. Kişi bu yuxunu görərsə-səfərə çıxacaq.
FLANEL GEYİM-Karlı bir alış-veriş işinə girişəcəksiniz, ancaq sizi bir qəlb acısı da gözləyir.
FLEYTA-Röyada fleyta və ya qaval səsi eşitmək-yaşayışınız xoşbəxtlik və razılıq içində keçəcək, hər cür maliyyə çətinliklərindən uzaq olacaqsınız. Röyada fleyta və ya qaval çalmaq-istər artistlik, istər elm, istərsə də ticarətdə bağlı olsun, hansı sahədə işləyəcəksinizsə, o səhədə uğurlar qazanacaqsınız. Qırıq fleyta və ya qaval-yaxın gələcəkdə bir dostunuzu itirəcəyiniz güman olunur.
FOTOQRAFÇILIQ-Röyada fotoqrafçılıq etmək-gözləmədiyiniz halda ən yaxın dostlarınızdan və ya qohumlarınızdanbir tərəfindən aldadılacaqsınız. Şəkil çəkdirmək-heç də hamıya inanmayıb etimadsızlıq göstərməkdə haqlı olduğunuza işarədir.
FRAK-Röyada frak geydiyini görən adam mənasız yerə vas0vası və şübhəçidir.
FRANSA-Yuxuda Fransaya getdiyini görən adamyeni eşq macəraları ərəfəsindədir.
FÜRSƏTİ ƏLDƏN VERMƏK-Röyada fürsəti əldən verən adam elə ertəsi gün böyük bir fürsət qazanacaq, amma bu fürsətdən yararlana bilməyəcəkdir.

Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив