Среда
дек 13

Bunu heç vaxt etməyin! Asqırmağını saxlamaq istəyən adamın boğazı partladı

Asqırmağını saxlamağa çalışan şəxsin boğazı partlayıb.


BiG.AZ xarici mənbəyə istinadən xəbər verir ki, Şotlandiyada asqırmağını saxlamağa çalışan adam bir müddət sonra vəziyyəti aırlaşıb. Boynu hər iki tərəfi şişmiş şəxs demək olar ki, hərəkət edə bilməyib. Həmin şəxs xəstəxanaya gedib və dərhal rentgenə aparılıb.


Həkimlər rentgendə gördükləri qarşısında heyrətə gəliblər. Müəyyən edilib ki, həmin şəxsin boğazı partlayıb, boynunun hər iki tərəfində kəsiklər var. Sinəsindəki ağciyərlər arasındakı boşluğa hava yığılan şəxs əməliyyata alınmayıb. Xəstəyə ağrıkəsicilər verilib və sonra evə buraxılıb.


Həkimlər asqırmanın tənəffüs yollarında təzyiqin artmasına səbəb olduğunu bildirərək, onu içəridə saxlamağın təzyiqdən 20 dəfə çox artmasına səbəb olacağı barədə xəbərdarlıq ediblər.

Комментарии (0)

Оставить комментарий