10
декабря
2023
20:27
Alimlərdən qorxunc proqnoz: Vampir yarasalar ABŞ-ni zəbt edəcək
Alimlər ABŞ-nin cənubunun quduzluq daşıyan qansoran yarasalar tərəfindən zəbt edilməsini proqnozlaşdırıblar.
Virciniya Politexnik İnstitutunun və ştatın universitetinin bioloqları tərəfindən aparılan araşdırma həmçinin vampir yarasalar da adlandırılan "Desmodus rotundus" yarasalarının yaxın onilliklərdə cənuba yayıla biləcəyini göstərir. Bu heyvanlar Mərkəzi və Cənubi Amerikada böyük sürülərlə yaşayırlar.
"Biz aşkar etdik ki, vampirlərin yayılma diapazonu iqlim dəyişikliyi səbəbindən tədricən şimala doğru dəyişib. Bu, həm də Latın Amerikasında quduzluq hallarının sayının artmasına uyğundur", - deyə tədqiqatçı Peyc Van de Vürst bildirib.
Vürstun araşdırmaları göstərir ki, tarixən adi vampirlər həmişə temperaturun dəyişməsi ilə daha rahat, mülayim şərait axtararaq köç etmişlər. Yaxın zamanda ABŞ-nin cənubunda məhz belə şərait yaranacaq.
Vürst qeyd edib ki, adi vampirlərin meydana çıxması özlüyündə təhlükə deyil, lakin onların daşıdığı quduzluq fermerlər üçün ciddi problemə çevrilə bilər. Yarasaların insanlar üçün təhlükəli olmadığı hesab olunur, lakin alimlər hücum ehtimalını istisna etmirlər.
Tədqiqat zamanı Vürst və onun həmkarları 1901-2019-cu illər arasında ümumi vampirlərin yaşayış yerlərindəki dəyişikliklərlə bağlı məlumatlardan istifadə ediblər.(oxu.az)