Milyonlarla gmail hesabı birdəfəlik silinir
Texnologiya 71

Milyonlarla gmail hesabı birdəfəlik silinir

Milyonlarla Gmail və əlaqəli hesablar həmişəlik silinəcək.
BiG.AZ xəbər verir ki, Google bu qərarı təhlükəsizlik siyasətində etdiyi yeniləməyə görə verib.
ABŞ-nin texnologiya nəhəngi Google-un platformalarında, xüsusən də Gmail-də milyardlarla istifadəçisi var. Ötən may ayında şirkət təhlükəsizliyi artırmaq və fırıldaqçılıq və məlumat oğurluğu kimi müxtəlif təhlükəsizlik təhdidləri ilə mübarizə aparmaq üçün uzun müddət istifadə olunmayan hesabların silinməsini ehtiva edən yeni təhlükəsizlik siyasətinin həyata keçirəcəyini bildirdi.
Mövzu ilə bağlı verdiyi açıqlamada texnologiya nəhəngi, "Əgər bir hesab uzun müddət istifadə edilmirsə, onun təhlükəli olma ehtimalı daha yüksəkdir. Bunun səbəbi, unudulmuş və ya nəzarətsiz qalan hesabların tez-tez pozulmuş köhnə və ya təkrar istifadə edilmiş parollarla əlaqələndirilməsidir".

Son xəbərlər