07
января
2010
15:29
Modelin yanmış cəsədi zibil qutusundan tapıldı
Milli.Az CBS news-a istinadən xəbər verir ki, məşhur "Playboy" jurnalı üçün şəkillər çəkdirməklə tanınmış 26 yaşlı model və rəqqasə Pola Sladevskinin cəsədi zibil qutusunda aşkar olunub. Qatil onu öldürdükdən sonra cəsədi yandıraraq tanınmaz hala salıb.
Ekspertiza onun məhz Pola olduğunu yalnız dişləri vasitəsi ilə müəyyənləşdirə bilib. Hələlik modelin qətlində əsas şübhəli şəxs onun sevgilisi Kevin Klaym sayılır. Onlar faciədən bir müddət əvvəl ayrılıblarmış.