Вторник
янв 05

Hollivud ulduzu təxminən 13 min qadınla yatıb

Sən demə, 72 yaşlı ulduz həyatı boyunca nə az, nə çox - düz 12.775 qadınla intim münasibətdə olub. NEWSru.co.il saytı xəbər verir ki, "Ulduz. Uorren Bitti Amerikanı necə məftun edib" adlı kitabın müəllifi Piter Biskind ilk baxışdan bu rəqəmin inandırıcı görünmədiyini yazır. Lakin müəllif hesablayıb ki, Bittinin təxminən 35 ildə hər gün yeni xanımla yatağa girməsi nəticədə belə bir rəqəmin ortaya çıxmasına səbəb olub.
Ulduz özü də Biskində müsahibəsində bunun həqiqət olduğunu təsdiqləyib. Bitti bildirib ki, bütün bu dövrdə seks onun həyatının və işinin ayrılmaz hissəsinə çevrilib və o, bir gecə belə, qadınsız keçinə bilməyib. Uorrenin münasibətdə olduğu qadınlar içərisində bir çox tanınmış Hollivud ulduzları da var. 

Комментарии (0)

Оставить комментарий